Oktyabrın 26-da Şamaxı şəhərindəki Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva açılış mərasimində iştirak edib, burada yaradılan şəraitlə tanış olublar.

Heydər Əliyev Fondu tərəfindən inşa edilən həmin məktəbəqədər təhsil müəssisəsi 110 yerlikdir. Burada qızlar və oğlanlar üçün ayrı-ayrı korpuslarda yataq otaqları, eləcə də qrup, informatika və tibb otaqları, musiqi və gimnastika zalları, qarderob, yeməkxana var.

Məktəbəqədər müəssisə zəruri mebel və avadanlıqlarla, qrup otaqları isə əyani vəsaitlərlə tam təchiz edilib.

Uşaqların istirahəti üçün söhbətgahlar qurulub, oyun attraksionları olan meydança yaradılıb.

Körpələr evi-uşaq bağçasının müdiri Səidə Zahidova AZƏRTAC-a açıqlamasında bildirib ki, 1969-cu ildə tikilən köhnə bağça binası istifadəyə yararsız olduğundan yeni binaya ehtiyac yaranmışdı. Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni körpələr evi-uşaq bağçasında uşaqlar altı qrupda təlim-tərbiyə prosesinə cəlb olunacaqlar.

Ölkəmizdə yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması ilə bağlı həyata keçirilən Dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində bu sahəni daim diqqətdə saxlayır. 2014-cü ildən bəri Fond “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını həyata keçirərək uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişmələrinə öz töhfəsini verir. Proqramın icrası paytaxt Bakı ilə yanaşı, regionları da əhatə edir. Həmin regionlar arasında Şamaxı da yer alır. Ümumiyyətlə, son illərdə Şamaxıda bir sıra yeni körpələr evi-uşaq bağçaları, məktəblər inşa edilərək istifadəyə verilib.





Son xəbərlər

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO

“Bugs Bunny”nin “səsi” vəfat etdi

Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub

Raqif NAZİMOĞLU : ÖLƏNDƏN SONRADI YAŞAMAĞIM DA - FOTO

Qəşəm NƏCƏFZADƏ : Salam, Dar ağacı - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031