Xəbərlər
26.10.2026, 20:26
“Evlənməyə vaxtımız yoxdur”
Türkiyəli aktrisa Hazal Subaşı müğənni sevgilisi Oğuzhan Koçla evlilik planları barədə danışıb.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, aktrisa bu barədə fikirlərini “Savaşların mutfağı” verilişində səsləndirib.
Subaşı bildirib ki, işlərinin çox olması səbəbindən evlilik planlarını təxirə salıblar: “Evlənmək üçün vaxtımız yoxdur, məşğuluq. Vaxtı planlaşdırmaq vacibdir, axı bu, bir mərasimdir. O, çox çalışır, mən də çəkilişlər başlayanda çox işləyirəm. Görək, bəlkə, gələn il vaxt tapanda”.
Qeyd edək ki, cütlük 2 ildir sevgi münasibətindədir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




