Xəbərlər
28.09.2026, 21:35
"Həmin şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyimiz dəyişməyəcək" - Ərdoğan
"74 min qəzzalının ölümünə səbəb olanlar məsuliyyətə cəlb edilməlidir".
"Unikal" xəbər verir ki, belə bir bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlərin toplantısından sonra çıxış edib.
O bildirib ki, Ankara bəşəriyyətə qarşı cinayət törətdiyini və 74 min qəzzalının ölümünə səbəb olduğunu iddia etdiyi şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyini dəyişməyəcək.
"Bəşəriyyətə qarşı cinayət törədən, Qəzzadan 74.000 qardaş və bacımızın qanını tökən və Livandan Suriyaya qədər bölgədə terror yayan şəxslər ədalət mühakiməsinə cəlb olunana qədər mövqeyimizdən heç vaxt geri çəkilməyəcəyik", - deyə Türkiyə lideri qeyd edib.
O, əlavə edib ki, Türkiyə "cəsarətlə həqiqəti danışmağa" davam edəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

