Xəbərlər
28.09.2026, 22:45
Süni intellektlə 95 milyon avroluq fırıldaq: Bank rəhbərini belə aldatdılar
İtaliyada fırıldaqçılar süni intellektdən istifadə edərək bank rəhbərini aldadıb 95 milyon avronun xarici hesablara köçürülməsinə nail olublar.
Bu barədə “CyberNews" məlumat yayıb.
Bildirilib ki, “Intesa Sanpaolo” bankının “Fideuram” bölməsinin rəhbəri Paolo Molesini hədəf alınıb. Əvvəlcə ona bankın CEO-su Karlo Messinadan gəlmiş kimi saxta “WhatsApp” mesajı göndərilib. Ardınca tanınmış hüquqşünasın səsi süni intellektlə kopyalanaraq telefon zəngi edilib və saxta əməliyyat təsdiqlənib.
Fırıldaqçılar əlavə olaraq saxta e-poçtlardan da istifadə ediblər. Nəticədə Molesini verilən təlimata inanaraq vəsaitin köçürülməsinə göstəriş verib.
Bankların və hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra 59 milyon avro geri qaytarılıb. Qaalan vəsaitin bir hissəsinin "Bitcoin"ə çevrildiyi ehtimal olunur.
Hadisədən sonra Molesini vəzifəsindən ayrılıb. İstintaq davam edir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

