Xəbərlər
28.09.2026, 22:58
Putin ordu ilə bağlı həmin fərmanı imzaladı
Rusiya Prezidenti Vladimir Putin hökumətə Rusiya Silahlı Qüvvələrinin yeni şəxsi heyət sayının müəyyən edilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə vəsait ayırmaq barədə tapşırıq verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə hüquqi aktların rəsmi portalında dərc edilmiş prezident fərmanında qeyd olunub.
Sənədə əsasən, Rusiya ordusunun təsdiqlənmiş şəxsi heyət sayı 2 441 630 nəfər (o cümlədən 1 550 500 hərbi qulluqçu) səviyyəsində müəyyən edilib. Fərmanın icrası məqsədilə hökumət dövlət büdcəsindən Müdafiə Nazirliyinə vəsait ayrılmasını təmin etməlidir.
Sənəd imzalandığı gündən qüvvəyə minib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

