Xəbərlər
9.10.2026, 01:29
PÜSTƏ RƏVAN : SEVİM Kİ, SEVİLİM - FOTO

Səmaya açılan əllərimiz,
Sevgiylə dolsun könüllərimiz,
Sevim ki, sevilim dostlar.
Göz yaşımı tökərəm,
Ruhuma boyun bükərəm,
Könlümə sevgi əkərəm,
Sevim ki, sevilim dostlar.
Nə olar ürək qırmayaq,
Oyunbazlar kimi olmayaq,
Sözdən azad heç olmayaq,
Sevim ki, sevilim dostlar.
Kim ki, qalmış bu dünyada,
Çatmaq istərsən murada,
Rahatlıq arasan burda,
Sevim ki, sevilim dostlar.
Püstəyəm salam vermədən,
Cənazə maşını gəlmədən,
Qara torpağa girmədən,
Sevim ki, sevilim dostlar.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



