Xəbərlər
8.10.2026, 21:55
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib.
“Qafqazinfo”nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib.
Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş.
Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaşı ilə ailə qurub. O, 2008-ci ildə iki qızı ilə birlikdə dəm qazından boğulub. Həmin vaxt Mina sağ qalsa da, 13 yaşlı bacısı həyatını itirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





