Xəbərlər
18.02.2026, 11:13
“Analı dünyam” kitabında Püstə Rəvanı gördüm... - FOTO
PÜSTƏ RƏVAN
Şeir doğrudan da, ruhun qidasıdır. Biz istənilən mövzuda şeir oxuyanda qəlbimizdə ya bir sıra xoş anlar, ya da müəyyən çırpıntılar, hətta acı-şirin təlatümlər yaranır. Bax, bu, şeirin doğurduğu təəssüratlardır...
Səmimi deyim ki, səmimi duyğuları ilə hamımızda xoş ovqat yaradan, qələmə aldığı şeirlərlə könül aynamızda xoş-acı anların rəsmini çəkən Püstə Rəvan da şeiri ruhun qidası sanır, oxucularında poeziyaya xüsusi maraq yaradır.
Püstə Rəvanın 2024-cü ildə istedadlı şair Balayar Sadiqin redaktorluğu ilə “Ecoprint” nəşriyyatı tərəfindən buraxılmış “Analı dünyam” kitabında da biz şeirin necə şövqlə, hansı hisslə ürək oxşadığının şahidi oluruq. Kitabda müxtəlif mövzuda şeirlər yer alıb. Əsas odur ki, müəllif bütün istəklərini təkcə arzu şəklində deyil, həm də bunu oxucu üçün məmnunluq və minnətdarlıq kimi təqdir edib.
Kitabda yer almış şeirlər, poemalar həm həyatı, həm də vətənpərvərlik duyğularını vəsf edir, çoxumuzda həyatımızdan yel kimi ötüb keçən hadisələrə xüsusi diqqət artırır.
“Analı dünyam” kitabına ön söz yazan Balayar Sadiq yazının vacib yerində Püstə xanımla bağlı bunları deyir: “Püstə Rəvan gənc yaşlarından ədəbi-bədii yaradıcılığa maraq göstərib. Onun qələm təcrübələrinin tarixi xronikası püxtələşməyə can atmasından, getdikcə buna nail olmasından xəbər verir...”. “İnanıram ki, səmimi, təvazökar, iddiasız qələm və işıqlı ürək sahibi olan şair Püstə Rəvanın ədəbi uğurları onun ünvanına çevriləcək...”.
“Analı dünyam” kitabı “Anama əlvida” adlı poema ilə başlayır:
Dəhşətin, anacan, yeyir içimi,
Boynumu bükmüşəm bənövşə kimi.
Çəkmişəm içimə haray səsimi,
Kaş öləydim, ana, sən ölən günü,
Boynubükük qoydun sən məni, ana!
Poema, insanda daxili duyğuları, hiss və həyəcanı təlatümə gətirir. Bəllidir ki, burada Baş Obraz misilsiz sevgi və hörmətə layiq Anadır. Püstə Rəvan anasına olan sevgisini hər kəsin içindəki sevgi kimi abardıb, öz anasını əslində, ümumi anlamda xarakterizə edib, hamıda bu anaya bir diqqət yaradıb. Bu, onun şair bacarığıdır.
Poemanın sonunda da şair ana harayı ilə tutuşub yanır:
İlk odum, ocağım, yuvam, əlvida,
Əlvida, analı dünyam, əlvida!
Tək-tənha ağlaram, anam, əlvida,
Tutram müqəddəs hər xatirəni,
Boynubükük qoydun sən məni, ana!
Bu poemada məni ən çox təsirləndirən şairin “Boynubükük qoydun sən məni, ana!” fikridir. Əlbəttə, şair haqlıdır, analar öləndən sonra hər kəs boynubükük qalır. Və bu dərd ya uzun müddət, ya da heç vaxt səndən əl çəkmir. Burada Püstə xanıma haqq verirəm, biz bəlkə də onu bu qədər hay-haray qopartdığına görə qınayırıq, ancaq məlim olur ki, anasız uşaq dünyanın bütün istiqamətlərində əsl yetimdir. O yetimlik onu dünyasını dəyişənə qədər izləyir... Bu, təbiidir, hamımız bu ağır hissi dadmaq məcburiyyətindəyik...
Şair “Analı dünyam” şeirində yazır:
Eşit harayımı, eşit, İlahi,
Analı dünyamı qaytar, İlahi!
Ana laylasıdı könül məlhəmim,
Analı dünyamı qaytar, İlahi!
Təbii ki, bu, bir arzudur. Analar cismən geri qayıtmaz... Biz onları yalnız ruhən görə və ya hiss edə bilərik. Bu mənada, Püstə xanım da Allaha yalvarışlarında qətidir, Ondan anasını geri qaytarmasını arzu edir. Fəqət, bu, mümkünmü? İnsan doğulur, böyüyür, həyat eşqi sona çatan gün dünyasını dəyişir, o vaxta qədər də uşaqlar böyüyür, onlar da ata və analarımızın davamçıları olurlar...
Demək istəyirəm ki, Püstə xanım özü də yaxşı bilir ki, anası getdiyi yerdən qayıtmayacaq, sadəcə, analı dünyasının ona bəxş etdiyi sakitlik və rahatlığı Allahdan istəməklə bu istəyin fonunda anasının geri qayıtmasını, əvvəlki kimi xoşbəxt çağlarının istisində xumarlanmasını istəyir.
Püstə xanımın ata haqqında şeirləri də maraqlı və diqqətçəkəndir:
Ata dedim, gözlərimə
gəldi sevinc, gəldi nur.
...Bu söz məni dərin-dərin
dəryalara apardı.
Sanki qəlbim ümman idi,
Fırtınalar qopardı...
Necə də dəqiq və gözəl fəhm var bu hislərdə. “Sanki qəlbim ümman idi, Fırtınalar qopardı...” fikrindəki həyati dərinlik səmimi deyim ki, məni közə döndərdi. Gerçək fikrimi ifadə edim ki, şairin ana sevgisi ata sevgisi qədər yaxıcıdır. Xoş haldır ki, o, ana və ata arasında heç bir fərq qoymayıb, hər iki varlığa səmimiyyəti inandırıcı və qabarıqdır.
Övlad yaşlı olsa da,
Atanın körpəsidi.
Atanın məzarında
əbədi ziyarətdədi.
Bu misralardakı həqiqət bir həyat timsalıdır. Doğrudan da, övladlar ata-ana məzarını özləri dünyadan köç etdikləri günə qədər ziyarətgah bilir, bu ənənəni özlərindən sonrakılara da ötürür, bunu bir borc kimi təlqin edirlər.
“Analı dünyam” kitabında daxili təlatümlər ard-arda düzülüb. Sanki hər şeir onsuz da ah-vayda olan, acı hislərdən çırpınan ürəyə bir güllədir; sonrakı fikirlər də eynən bu qəbildə cərəyan edir və düşünürəm ki, oxucu bu şeirlərdən sonra bəlkə də çox məyus hala düşür.
İblis, şeytan oynar dörd bir yanımda,
Qarışıb qəm-kədər, axır qanımda.
Acı həsrət gözdə, ağrı canımda,
Düz sözüm başıma açır kələyi,
Sən mənə deyirsən, könül mələyi.
Bu misralarda da şairi dərd, ağrı içində qovrulan görürük. O, gerçək çöhrədə olduğu üçün daim qınaqdadır, gendən baxanlar isə onu bəxtəvər sanır. Bu da şairə pis təsir edir, “Düz sözüm başıma açır kələyi, Sən mənə deyirsən, könül mələyi” deməklə, bir növ, “içim özümü yandırır, çölüm özgəni” eyhamını bir daha təsdiqləyir.
Püstə xanımın poetik hisləri çox səmimidir. Diqqət edək:
Yoıum yolunun üstə,
İstə canımı, istə,
Gözüm yox başqa kəsdə,
Mən səi gözləyirəm.
Bu hislər neytrallıq əlaməti deyil, gözəl ürəyi, səmimi fikirləri olan bir qadının şair təcəssümüdür. Oxucu da onun bu səmimiyyətinə inanır, ürəyinə aşiq olur.
Kitabı vərəqlədikcə görürəm ki, Püstə xanımın vətənpərvərlik şeirləri də real lövhələr və gerçək vətəndaş sevgisi ilə doludur:
Vətən! Hər qarışın əzizdir mənə,
Tutulan buludun, yağan yağışın,
Düşmənə tuşlanan məğrur baxışın,
Vətən, bir qüvvətdir, qanaddır mənə!
Yaxud:
Sel kimi torpağın üzünə axdın,
Doğmanı, yadı da yandırıb-yaxdın.
Günəştək göylərin üzünə çıxdın,
Vətənimin igid oğlu Mübariz!
Bu misralarda da Vətən sevgisi ata-ana sevgisi qədər güclü və inandırıcıdır. Şair düşmənə qəzəbini gizlətmir, bu, aşkardır və hamımızda belədir, fəqət Püstə Rəvan düşmənə qəzəblə yanaşı bir öyüd-nəsihət də verir, onlara düşdükləri yanlış yoldan çəkinmələrini tövsiyə edir, xüsusi vurğulayır ki, ana vətənin hər qarışı mənə və mənim timsalımda milyonlara əzizdir...
Əlbəttə, yetişən nəsillər Püstə xanımın Vətən haqqındakı şeirlərini oxuduqca təsirlənir, bu şeirlər onlarda bir Vətən hissi aşılayır. Məgər bu, azmı?
Kitabdakı lirik duyğular, övladlar haqqındakı ülvi hislər də oxucuda xoş ovqat yaradır. Belə başa düşürəm ki, Püstə xanım üçün mövzu çətinliyi yoxdur, o, istənilən mövzunu poetik tərənnümə çəkə və təsiredici fikirlər qura bilər...
Kitabdakı poemalarda da oxucu olaraq bu dediklərimi dəqiq görə bilirik.
Ömrüm boyu bir daş altda inlədim,
Ağlar qaldım, bu ömrümü bilmədim.
Bu dünyada bircə dəfə gülmədim,
Kaş, uzaq yollara gedəydik, ömrüm!
Bu şeir parçasındakı uzaqlıq cismani uzaqlıq deyil, insanın özündən qismən ruhən aralanmasıdır və bu proses mistik-fəlsəfi anlam kəsb edir. Əslində, Püstə xanımın bu arzusu hər kəsdən uzaqlaşıb səssiz-sakit bir ünvana getmək də deyil, əksinə, hamının yanında “uzaq” bir dünya yaşamaqdır və bunu bəzən çoxumuz arzu edirik...
Mən “Analı dünyam” kitabındakı şeirlərin hamısını təhlil edə bilərdim. Ancaq burada məqsədim böyük bir yazı hasilə gətirmək deyil. Həm də bu şeirlərin hamısında məna, mahiyyət oxşardır deyə, buna rəvac görmədim. Əsas odur ki, Püstə xanım adıçəkilən kitabda son dərəcə səmimidir, bütün şeirlərində hədəfi düz görür, fikirlərini doğru ünvana istiqamətləndirir. Təhlil etdiyim səciyyə məhz budur.
Son olaraq deyim ki, mən “Analı dünyam” kitabında bir süjet xətti gördüm; nisgilli bir insanın özünü gördüm – qısası, Püstə Rəvanı gördüm... Əgər şair öz kitabında özünü göstərə, oxucuya tam mənada təqdim edə bilirsə, deməli, yazdıqları uğurlu alınıb...
Sənə yaradıcılıq uğurları, can sağlığı arzu edirəm, Püstə xanım!
Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay