Xəbərlər
29.11.2024, 21:44
PÜSTƏ RƏVAN : ANAM, ANA TORPAQ - FOTO
ANAM, ANA TORPAQ
Ana, ana dedim, ürək uçundu,
Buz kimi əllərim başa toxundu.
Dünyamı elə bil, bir söz bürüdü,
Hər yandan ayrılıq sözü oxundu.
Kəməndi anama atmısan torpaq,
Yuxuya nə dərin yatmısan torpaq?
Sığallayıb səni, ana deyirəm,
Özünə anamı qatmısan torpaq.
Sözləri ürəkdən, yaddaşdan çıxmaz,
Danışsam anamdan dastana sığmaz...
Bu torpağa düşüb, elə qalmışam,
Fələk bu insanı beləcə yıxmaz.
Güc alıb torpaqdan, hər qalxan budaq,
Açılan gül-çiçək, göyərən yarpaq.
Ürəyində qalan arzularıdır,
Qoxusu anamın, ətridi torpaq.
Anamı almısan qoynuna torpaq,
Bunun üçün olmusan sən ana torpaq.
Süzülür göz yaşım çatsın anama,
Anam, ana torpaq, bax mənə torpaq,
Püstədir boynuna sarılan, torpaq.
Buz kimi əllərim başa toxundu.
Dünyamı elə bil, bir söz bürüdü,
Hər yandan ayrılıq sözü oxundu.
Kəməndi anama atmısan torpaq,
Yuxuya nə dərin yatmısan torpaq?
Sığallayıb səni, ana deyirəm,
Özünə anamı qatmısan torpaq.
Sözləri ürəkdən, yaddaşdan çıxmaz,
Danışsam anamdan dastana sığmaz...
Bu torpağa düşüb, elə qalmışam,
Fələk bu insanı beləcə yıxmaz.
Güc alıb torpaqdan, hər qalxan budaq,
Açılan gül-çiçək, göyərən yarpaq.
Ürəyində qalan arzularıdır,
Qoxusu anamın, ətridi torpaq.
Anamı almısan qoynuna torpaq,
Bunun üçün olmusan sən ana torpaq.
Süzülür göz yaşım çatsın anama,
Anam, ana torpaq, bax mənə torpaq,
Püstədir boynuna sarılan, torpaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay