Rəşad Məcid şeiri barədə qısa giriş-icmal
Azərbaycan poeziyasının çevik atıcı diviziyasının fəal əsgərlərindən biri Rəşad Məciddir. 80-ci illərdə poetik yaradıcılıq yoluna çıxan bu qətiyyətli qələm dostumuz bütün qələm nümunələrində son dərəcə səmimi, həyata, taleyə və ictimai mühitə həssas münasibətdədir. Xeyli vaxtdır onun yaradıcılığını izləyir, şeirlərindəki fəlsəfi dəyərləri təqdir edirik. Bu, o anlama gəlir ki, Rəşad Məcid sözə olan hörmətini Tanrıya olan ehtiramı kimi qəbul edir və qələm nümunələrində bu missiya belə şəkildə də oxucuya çatır...
Bu fikirləri şairin şeirləri ilə də sübut edək:
Hər adamın sığınmağa
Bir qalası olsun gərək.
Bu qaynaşan pis gözlərdən
Bir xilası olsun gərək.

Nicat yoxdu bolca vardan -
Hündür divar, dik hasardan!
Adamı daş adamlardan
Qala - Adam alsın gərək!

Bu gələn gözəl, əladı
Yeriyən, gəzən qaladı.
Bəlkə də təzə bəladı
Dinsin görək, gəlsin görək!!!

Bu şeirdəki poetik təqdimatlar bütün ictimai meylləri özündə aşkar ehtiva edir. Bu şeir həyatı, insanı qınaq etmək məqsədi ilə yazılmayıb, əksinə, bu şeir həyata, insana sevgi, hörmət bəsləmək, onu yanlışlıqlarla dolu dünyadan təmiz – aydın hücrələrə necə çıxartmaq barədə bəsit, ya da mürəkkəb bir mümkünlüyü diqtə edir… Bu şeirdəki “Nicat yoxdu bolca vardan” fikri maddi təminatdan daha çox, mənəvi aşınmalara zəmin verən maddi düşüncəni islah etmək zərurətidir.
Şeiri bütövlükdə bu zərurətin başlıca qayəsi hesab etmək olar.
Aşağıdakı poetik çırpıntılar da dediklərimizə uyğun şərh verir:
Elə möcüzələr yaratmısan ki,
Elə dəqiqələr yaşatmısan ki,
Olmayıb heç onun yüzdə biri də,
Nə mənim dünyamda, nə bu dünyada.
***
Nəyə lazım artıq zəhmət, əziyyət? -
Orda onu, burda məni tovla gəl.
Adımızı eyni yerdə qeyd elə,
İkimizə eyni mesaj yolla gəl.
***
Gedirsənsə, nə fərqi var, ya səssiz,
ya sözümü, baxışımı yozub get.
Nə fərqi var, azad burax, çox inan,
ya da yoxla, addımımı pusub get.
***
Sel kimi kökümdən qopartdın məni,
Bir də şırnağına yaxın gəlmərəm.
Cadunu canıma yaydı öpüşün,
Odlu dodağına yaxın gəlmərəm.

Bu misralaeın oxucuya bəxş etdiyi həyat duyğuları, ictimai təəssürat Rəşad Məcidin özünün də bir vaxtlar fərd olaraq yaşadığı gerçəklərdir. O, bu reallıqları deməklə oxucusunda hürkək nizamlar qurmaq məqsədi güdmür, əksinə, ona həyatı olduğu şəkildə - necə var, elə təqdim etmək istəyir. Sual oluna bilər ki, oxucu özü həyatın nə olduğunu bilmir? Bilir, lakin Allahın fəhm verdiyi şair qədər bilmir. Bu mənada biz Rəşad Məcidin qaynar şeirlərində həyatın, insan ovqatının rənglərini də sezir, bu anlamlara xüsusi yanaşırıq.
Məsələn, bu fikrə bir qədər açıq şərh verək. Rəşad müəllimin “Elə möcüzələr yaratmısan ki, Elə dəqiqələr yaşatmısan ki, Olmayıb heç onun yüzdə biri də, Nə mənim dünyamda, nə bu dünyada” fikrindəki dürüst mənanı naşı insan kiminsə diqtəsi olmadan necə əxz edə bilər? Deməli, kimsə, mütləq mənada həyatı dürüstcə anlayan biri bu fəhmləri şeirin dili ilə xırdalamalı və sadəcə, nəticəni ortaya çıxarmalıdır ki, bütün anlaşılmazlıqlar yox olsun.
Yaxud şairin “Nəyə lazım artıq zəhmət, əziyyət? - Orda onu, burda məni tovla gəl. Adımızı eyni yerdə qeyd elə, İkimizə eyni mesaj yolla gəl” fikrindəki mümkün proseslər də yuxarıdakı təfərrüatlara varır, oxucuda ayıq baxışlar yaradır. Bu fikirləri oxuyandan sonra həyata yenicə qədəm qoyanlar artıq bilmiş olurlar ki, insanı nəfsi istəklər deyil, mənəvi yüksəliş insan edir, onu şeytanın zavalından qurtarır. Zənnimizcə də Rəşad Məcid şeiri yazmamışdan qabaq məhz bunu düşünür…
Şairin digər şeirlərində də bu ictimai xətt dəqiq sərhədlərlə görünür:
Niyyətini gülüşünlə pərdələ,
Qocasını, cavanını fəth elə.
Qəfil yox ol, hamısını tərk elə,
Mat qalsınlar, bu fırtına nə idi?
***
Adamı göyə qaldırıb
Sonra ki, yerə vururlar.
Elə bir sıfır artırıb
Sonra sıfıra vururlar…
***
Yenə nəğmələr qayıdır, -
Hər sətri səs-səs dirilir,
Damarımda qan tərpənir,
Canımda nəfəs dirilir.
***
Doğulan kimi
Başının altına yastıq qoydular.
Oturan kimi
Böyrünə-başına yastıq qoydular.
Yeridi - düzdülər keçdiyi yola.
Sonra noğul yastığı,
Sonra nağıl yastığı.
Başı üşüyəndə papağı yastıq,
Əli üşüyəndə bayrağı yastıq,
Qəbri üşüyəndə torpağı yastıq.
Ağrıyan dişinə yastıq qoydular
Ləngiyən işinə yastıq qoydular
Axırda yastığa öyrəncəlilər
Çarxın gərdişinə yastıq qoydular.
… Diksinib ayıldı yuxudan.
Başı yastıqdan düşmüşdü.
Çəkdi yastığı başının altına…

Biz bəzən şeiri ötəri hiss kimi dadırıq. Əslində isə belə olmamalıdır, çünki şeir də bir həyat fəlsəfəsidir, onunla dünyanın ən güclü fırtınalarına meydan oxumaq olar…
Səmimi deyək ki, biz Rəşad Məcid şeiriyyətini elə bu anlamda çözürük. Onun hər şeirində bir həyat qaynağı var. Məsələn, istedadlı şairin “Yastıq” şeiri illər əvvəl yazılıb, ancaq dünənin, bu günün və gələcəyin bütün fəhmlərini özündə aydın xarakterizə edir. Oxucu sual verə bilər: şair burada nə demək istəyir? Cavab olaraq bildirək ki, “Yastıq” şeiri adi hislər yığnağı deyil, min illərin və bundan min illər sonranın həyat proqramıdır. Yəni nə qədər şeytan var, insan nə qədər ki, maddi ehtirasa quldur, dünyaya gələcək hər kəsin başının üzərində, böyründə, ayaqlarının altında və s. “yastıq” adlı bir təlatüm olacaq. O insan (və ya o insanlar) “…diksinib yuxudan ayılacaqlar, görəcəklər ki, başları yastıqdan düşüb, qəfil çəkəcəklər yastığı başlarının altına…”. Bu, dünyanın sonuna qədər belə davam edəcək…
Diqqət yetirirsinizmi, balaca bir şeirdə dünya neçə təcəssümdədir? İndi biz özümüz sual edək ki, Rəşad Məcid həcmcə kiçik bir şeirin içinə dünyanı bütün tör-töküntüləri ilə bir yerdə necə sığışdıra bilib? Bu, şairin fəhmcə, istedadca və düşüncəcə fərqli olmasına zəmin deyilmi?
Eləcə də şairin “Niyyətini gülüşünlə pərdələ, Qocasını, cavanını fəth elə. Qəfil yox ol, hamısını tərk elə, Mat qalsınlar, bu fırtına nə idi?” fikrindəki mahiyyət də yuxarıdakı anlamı verir. Burada əsas həyat fəlsəfəsi “Qəfil yox ol, hamısını tərk elə, Mat qalsınlar, bu fırtına nə idi?” ədəbi diqtəsidir. Daha geniş anlamda burada poetik açar “Qəfil yox ol” kəlməsidir, yəni oxucu şeiri tam şəkildə oxuduqdan sonar düşüncəsində hasil edə bilir ki, insanın qəfildən yox olması nə anlamdadır və bu, özündə hansı mistik-fəlsəfi anlam ifadə edir…
Rəşad Məcid şeirinin ruhu xoş ovqatlıdır, həm də bu şeirləri həyati təfsirləri çoxdur.
Aşağıdakı nümunələrə diqqət edək:
Kimsəsiz ev eyvanından bəlli.
Qəlbimdə boş otaqların
qulaq tutulan səssizliyi -
Üzümdən bəlli sevmədiyim.
***
Saatım qurulub sənin vaxtınla,
Mənim günortamdı, sənin səhərin.
Yerini bilirəm saata baxıb,
Harasındasansa qoca şəhərin.

Şeirlərdəki fəlsəfə əslində, çox mətləblərə işarədir. Şair görün burada necə ustalıqla söz oynadır və bu tərpənişin içində görün oxucunu necə məftun edir. Şeirlərdəki qısa – lakonik fəhm Rəşad müəllimin postmodernçi olması demək deyil, onun sırf xalq yazı dilində heyrətedici fikirlər yaratmasıdır. Şair üçün bundan böyük bəxtiyarlıq yoxdur.
Bir sözlə, Rəşad Məcid, yuxarıda dediyimiz kimi, Azərbaycan poeziyasının müsəlləh əsgəridir, sərrast ədəbi atıcılıq qabiliyyəti çox yüksəkdir, oxucuda heyrət və məftunluq hisləri yaradır.
Səmimi deyək ki, biz daha dərindən təhlil aparsaq, Rəşad Məcid şeirinin içindəki həyat həqiqətlərini daha aydın və daha müfəssəl şəkildə bəyan edə bilərik. Düşünürük ki, bi kiçik həcmli yazı dediyimiz bu ideoloji proses üçün bir başlanğıcdır və biz bunu məhz belə də qəbul edirik.
İnanırıq ki, növbəti yazılarımızda oxucunu Rəşad Məcid şeirindəki mistik anlamlarla da heyrətə sala biləcəyik.
Sizə can sağlığı, yeni yaradıcılıq uğurları arzu edirik, Rəşad Məcid!

Raqif nazimoğlu,
şair-alim

Son xəbərlər

✍ Sevil Azadqızı : SÜKUTA DOGRU - FOTO

Avropa Liqası: “Fənərbağça” öz meydanında böyük hesabla uduzub

“Saatım qurulub sənin vaxtınla…" - FOTO

"Bütün sərhədi minalamaq 48 saat çəkəcək" - Tusk

Prezidentdən Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım - Foto

Sülhün səbəbkarları... - Tarixi foto

Alimlər ölüm riskini 23% azaltmağın yolunu tapdılar

Qızılı olanlara ŞAD XƏBƏR: Qiyməti rekord BAHALAŞDI

Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı

Azərbaycanda bu yağın satışı və idxalı DAYANDIRILDI

ABŞ Prezidenti İlham Əliyev və Nikol Paşinyana sülh yaratdıqlarına görə təşəkkür edib

Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir

Xəzər dənizində zəlzələ olub

Məhkəmə Səfərbərlik Xidmətinin sabiq idarə rəisi barədə qərar qəbul edib

Bir vəkilin fəaliyyəti dayandırılıb

Trampdan Ramazan TƏBRİKİ

Üç rayonda itkin şəhidlərimiz torpağa tapşırıldı

Azərbaycana transmilli hücum: Vardanyanın "çirkli" milyardları onu təmizə çıxara bilməyəcək - ŞƏRH

Həmkarlar İttifaqı BANM-in 40 tələbəsinə təqaüd verdi - Fotolar

Tahir Budaqov rektorlarla görüş keçirdi - FOTOLAR

Prospektdə qalan maşından 27 yaşlı oğlanın meyiti tapıldı

Peşə təhsilində yeni mərhələ - İxtisas təsnifatı yenilənir

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb

Azərbaycan xizəkçiləri beynəlxalq turnirdə fərqləniblər

Pensiyaçılara şad xəbər

“Bazarstore”da Ramazan endirimləri başladı - Fotolar

“Putinlə normal münasibətlərimiz olmayacaq”

Türkiyədə serialların hər bölümünə 100 min dollar dəstək veriləcək

Bütün xəbərlər
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728