Xəbərlər
19.02.2026, 11:02
“Putinlə normal münasibətlərimiz olmayacaq”
Almaniya Kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərin normallaşmasının mümkünlüyünü tamamilə istisna edib.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, kansler bu barədə “Rheinpfalz” qəzetinə müsahibəsində danışıb.
“Rusiyanın hakim dairəsi yaxın gələcəkdə müharibəsiz keçinə bilməz. Ölkə hərbi fəaliyyətləri davam etdirməlidir, çünki cəbhədən qayıdan yüz minlərlə, o cümlədən ağır yaralanmış əsgərlə nə etməli olduqlarına dair planları yoxdur”, - Merts bildirib.
Onun fikrincə, Ukraynadakı müharibənin danışıqlar yolu ilə tez bir zamanda baş çatdırılması üçün demək olar ki, şans yoxdur: “Mənim qiymətləndirməmə görə, bu müharibə yalnız tərəflərdən biri ya hərbi, ya da iqtisadi baxımdan tükəndikdə başa çatacaq”.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay