Raqif Nazimoğlu,
Şair-alim

“Mənim gözlərimin qonağı sənsən…”
İldırım Əlişoğlu şeiri barədə qısa poetik icmal

Poeziya təkcə sözü poetik vəsf etmək deyil, həm də sözə ictimai məna vermək, oxucunu hadisə və proseslərin iştirakçısı etmək anlamıdır… Zənnimcə, qələm adamlarının az qismi bunu bacarır. Ara-sıra şeirlərini oxumağa vaxt tapdığım şair İldırım Əlişoğlu da belə qələm adamlarındandır. Onun şeirlərində təkcə tərənnüm əsas xətt deyil, oxucunu düşündürmək də diqqət çəkən məğzlərdəndir.
Fikrimi təsdiqləmək üçün İldırım Əlişoğlu şeirindən bir neçə nümunə gətirim:

Kədərə bürünüb tənha bir söyüd,
Yolur saçlarını, yolur külək də.
Elə sıxıbdır ki, onu bu təklik,
Çatmaz harayına, çatmaz fələk də.
***
Nələrə qadirmiş insan əlləri,
Xeyirdən əmr alsa, uğura dönür.
Nə zaman keçirsə şərin girinə,
Fəlakətə gedən cığıra dönür…
***
Çox getdim bəxtin üstünə,
Üzümə belə baxmadı…
Taleyə kimlik göstərdim,
Yazıma belə baxmadı…

***
Bu sevgini qəlbimə kim atıbmış, bilmədin,
Kədəri bol, sevinci kəm atıbmış, bilmədin.
Ürəyimi dərdlərə yem atıbmış, bilmədin,
Kölgəndim başın üstdə, fərqinə varmadın ki –
Məni heç görmədin ki…
Bu nümunələrdə mən İldırım Əlişoğlu şeiri haqqında demək istədiyimi bird aha görür və təqdir edirəm. Baxın, İldırım Əlişoğlu heç bir şeirində haray qoparmır, hətta onu kəskin üzən həyat əzablarını belə abır-həya ilə deyir, sanki oxucuya öz hislərini sakit tərzdə pıçıldayır. Bu pıçıltı onun şeirlərini necə, hansı hisslə yazılıbsa, o tərzdə də oxucuya çatdırır. Şəxsən mən İldırım Əlişoğlunun şeirlərini elə pıçıltı kimi duyur, hər dəfə də bu şeirlərdə ictimai nüanslara daha çox şahidlik edirəm. Şair yuxarıdakı nümunələrdə oxucusuna anladır ki, insan kədərə aludə olanda həyat onu təklik acıları ilə sıxır, təlatümlərin qoynuna atır. Yaxud, insan “Nə zaman keçirsə şərin girinə, Fəlakətə gedən cığıra dönür…”. Eləcə də şair “Çox getdim bəxtin üstünə, Üzümə belə baxmadı… Taleyə kimlik göstərdim, Yazıma belə baxmadı…” deməklə oxucuda həyat barədə mükəmməl bir fikir formalaşdırır, ona ərz edir ki, şans da, uğur da insane Allahdan gəlməlidir; insan digərinin haram yolla mənimsədiyinə tamah salmamalı, halal haqqını dadmalıdır.
İldırım Əlişoğlu hətta sevgi hislərini də pıçıltı kimi oxucuya təqdim edir. Məsələn, onun “Kölgəndim başın üstdə, fərqinə varmadın ki – Məni heç görmədin ki…” fikrinin mahiyyəti də elə bu anlamdadır. O, başqaları kimi ona dönük çıxan qadını qarğamır, içinin acılarını ona hayqırtı ilə demir, əksinə, sakit səslə deyir, onu şərə, şeytana, nəfsə aludə olmamağı tövsiyə edir…
Bax, İldırım Əlişoğlu şeirində məni qane edən, məni bu şeirlərə çəkən məhz bu kimi hallardır.
İldırım Əlişoğlu ümumiyyətlə, qələmə aldığı bütün şeirlərdə bu prinsipi tam mənada gözləyib. Şairin digər şeirlərindən də bu timsalda bir neçə nümunə təqdim edirəm:

Bahar köçün salıb yenə içimdə,
Orda hər gülümün duvağı sənsən.
Sənin gözlərində kim var bilmirəm,
Mənim gözlərimin qonağı sənsən…


Bu parçada saf bir eşq faktoru var; müəllif ürəkdən sevdiyi şəxsə hətta soyuqluq gördüyü təqdirdə belə ürək istisini azaltmır, sübut etmək istəyir ki, mən sevgimə sadiqəm. Bunu da “Sənin gözlərində kim var bilmirəm, Mənim gözlərimin qonağı sənsən…” misraları ilə sübut edir…

Mərdlərlə kəsilən çörəyin tamı,
Ağzımda dadıynan, duzuynan qalıb.
Kimlər nə edibsə, hopub yaddaşa,
Hərə əyrisiynən, düzüynən qalıb!..


Bu şeir parçasında da nümunəvi bir insan örnəyi var; şair dostu da, yadı da pis və ya yaxşı - etdikləri ilə yaddaşına hopdurur, hər bir halda qarşısındakına səmimiyyət nümayiş etdirir. Bunu da oxucusuna “Kimlər nə edibsə, hopub yaddaşa, Hərə əyrisiynən, düzüynən qalıb!..” fikri ilə necə də dəqiq ifadə edib…

Dedilər, ayıbdır, yazma sevgidən,
Ayna tut üzünə, yaşına bax, sən.
Dedim, planetdi, qitədi ürək,
Bir get Afrikanın qışına bax sən…


Bu şeir parçasında şair məlum bir həqiqəti – sevgidə yaş fərqinin olmamasını oxucuya diqtə edir, ən əsası, sevməyin yalnız ağılla dərk olunduğunu təsdiq edir.
Səmimi deyirəm, mən İldırım Əlişoğlunun hansı şeirinə nəzər saldımsa, hansı şeirindən boylandımsa, eyni ovqatın ifadəsini gördüm; şair bütün şeirlərində səmimidir, oxucu ilə ünsiyyətdə sadiqdir, ona ancaq doğru nədirsə, onu diqtə edir. Bu isə bir şair üçün çox vacib və lazımlıdır. Çünki oxucu şairə - şeirini oxuduğu şəxsə inanmalı, onun yazdıqlarından nəsə götürməlidir. Yalnız belə olan handa şair oxucu qəlbində özünə yer tapa bilir.
Və şübhəsiz, mən tam əminəm ki, İldırım Əlişoğlu oxucularına təqdim etdiyi mənalı, məzmunlu şeirləri ilə artıq onların qəlbində çoxdan özünə yer edə bilib.
Mən İldırım Əlişoğluna bundan sonra ancaq can sağlığı, yeni yaradıcılıq uğurları arzu edirəm.

Son xəbərlər

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31