Dünyadan küsən şair - FOTO
Dünyadan küsən şair

Şeir adi hissin deyil, ruhi təsəvvüfün nəticəsidir. Hesab edirik ki, savad gücünə yazılan şeir ilhamla yazılan şeir qədər poetik, mənamı, məzmunlu və düşündürücü olmur. Son illər ara-sıra rast gəldiyimiz şeirlərin bəzilərində ilham qaynarlığı görürük və o şeirləri oxuduqca ruhumuz rahatlıq tapır. Səmimi deyək ki, bu ilin sonlarında şeirləri ilə tanış olduğumuz Könül Şirvanlı da ilhamın ovqatı ilə fikirlərini şeirə çevirir, oxucuda məmnunluq hissi yaradır. Könül xanımın «Küsmüşəm, dünya» adlı kitabında da poetik yük əsas göstəricidir. Kitab 2005-ci ildə nəşr olunub, lakin bu gün əldə etmişik. Vaxtın önəmi yoxdur, əsas odur ki, Könül Şirvanlı ilhamının ilıq-isti sərhədlərində fikri elə tərzdə cilovlayır ki, heyrətini gizlədə bilmirsən.
Dediklərimizi sübut etmək üçün Könül xanımın şeirlərindən bir neçə nümunəyə diqqət çəkmək istəyirik:

Bu dünyanın zirvəsində,
Dərəsində, düzündəyəm.
Dəryasında batmamışam, -
Mən suların üzündəyəm,
Həyat mənim gözümdədir.
*
Acı bir həqiqət yatır içimdə,
Ölmək əvəzinə yaşayıram mən.
Doğrunu yalana satıb içimdə
Ən ağır cinayət daşıyıram mən.
*
Necə gizli gəldin mənim ömrümə,
Elə gizli-gizli yaşayacaqsan.
Ən həzin, duyğulu nəğmələr kimi
Qəlbimin gözünü oxşayacaqsan.

Bu nümunələri şərh etməkdən daha çox bir fikrə nəzər salmağımız kifayətdir; müəllif duyğularını müasir şeirin havası ilə isidir, oxucunu adi hissdən doğan mürəkkəb situasiyalarla üz-üzə qoyur. Şairin qəti qərar verməsi, hislərin qoynuna düşüb azmaması, hadisə və prosesləri fikir süzgəcindən sadə, boyasız, ütüsüz və ləkəsiz halda keçirə bilməsi onun həqiqi mənada ilhamlı olmasına dəlalət edir.
Aşağıdakı nümunələrdə də biz eyni ədəbi qayəni aşkar izləyə bilirik:

Qanım bulaq suyu, qəlbim çeşmədir,
Gözümdə həqiqət hər şeydən uca.
Böyüyə böyüyəm, kiçiyə kiçik,
Özüm cavanamsa, düşüncəm qoca.
*
Mən necə həyata inanım daha?
Məhəbbət sol əldi, nifrət sağ əldi.
Hər kəsə məhəbbət bəslədiyimdən
Nifrəti qəzəbi üstümə gəldi?

Bu poetik parçalarda da əsasən lirik təcəssümün doğurduğu ədəbi xarakterləri görür, onların məzmun və mənasında sanbal tapırıq. Və belə zənn edirik ki, ümumiyyətlə, Könül Şirvanlı üçün şeir ilhamın təsiridir, ruhi zəmində baş verən ədəbi prosesdir. Belə olmasaydı, onun qələm nümunələri oxucunu bu qədər tərpədə, düşündürə bizməzdi.
Maraqlıdır, Könül xanımın bütün şeirlərində xətt birdir, ancaq ünvanlar, obrazlar, hətta hislər başqadır. O, bu adilik içində qeyri-adilik tapmaq naminə ədəbi dərkini oxucunun qavraya biləcəyi tərzdə buxovlayır, könül nəğmələrini ruhumuza sığdıra bilir.
İnanırıq ki, Könül Şirvanlının son illərdə yazdığı şeirlər daha təsirli, daha mükəmməldir. Yəqin ki, bu şeirlərlə tanışlığımız onun haqqında növbəti bir yazının ərsəyə gəlməsi üçün imkan yaradacaq.
Könül xanıma yaradıcılıq uğurları arzulayır, ədəbi zövqünün daha parlaq olmasını diləyirik.

Dünyadan küsən şair - FOTO

Hüseyn İsaoğlu (Məmmədov),
AJB- min və AYB-nin üzvü, yazıçı-publisist.

Son xəbərlər

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31