Xəbərlər
7.09.2023, 00:23
OXUCUNU ÖZÜYLƏ ÖZ DÜNYASINA APARIR...- FOTOLAR
OXUCUNU ÖZÜYLƏ ÖZ DÜNYASINA APARIR...
İSTEDADLI ŞAİR SEVİL ZAMANQIZININ QADIN ÜRƏYİ QƏDƏR KÖVRƏK POEZİYASI VAR
İstedadlı yazar Sevil Zamanqızı çağdaş poeziyamıza özünəməxsus poetik ruh, çalar bəxş edən, Məhsəti, Natəvan, Heyran xanım, Ağabəyim ağa şeirindəki böyük qadın ürəyinin yaşantılarını, yalnız qadın şairlərə xas həssaslıqla sözə xəfif yanaşmanı yeni tərzdə şeirə gətirən qələm sahibidir. Onun ilk dəfə şeir yazmağını bilmirəm. Amma birlikdə işlədiyimiz dövrlərdə ara-sıra cızma-qaralarından oxumuş, bir ziyalı kimi münasibətimi öyrənməyə çalışmışdı. Yazdıqları çox xoşuma gəlmişdi, daha doğrusu, bu şeirlər poetik tələb və üslublara uyğun idi. Hər dəfə yazdığını mənə göstərəndə və oxuyanda sanki gözlərindən sevinc qığılcımı görünürdü. Hər yeni şeiri Sevil Zamanqızını bir oxucu kimi mənə bir addım da yaxınlaşdırırdı. Şairin bəzən kövrək, bəzən sərt düşüncələrə köklənən, gah incə hisslər aşılayan, gah da qəti hökm kimi səslənən dərin məzmunlu poeziyası şeir-şeir boy atıb duyumlu ürəklərə nüfuz edir, estetik zövqləri oxşayırdı. Beləcə, şair doğulan, şair taleyi yaşayan Sevil Zamanqızı ömrün bir-birini qovan günlərini, illərin ovqatını, ahəngini misra-misra sözlərə köçürürdü. Taleyini ən vəfalı həmdəm bildiyi Sözə bağlayan qələm sahibi söz dünyasının hər sınağında sınanır, çətinində bərkiyir, bugünkü sənətkar əzminə yiyələnirdi:
Ömür yarı, cizgi salmış üzümə,
Ətirli nübarım yazımda qaldı.
Nədən heç gülmədi tale üzümə,
Muradım yığılıb gözümdə qaldı.
Qanad çalmaq istədim göy üzünə,
Naşı ovçu vurdu yerlərə saldı.
Düşündüm gedərəm yolu düzünə,
Gümanım azalıb sözümdə qaldı.
İllər yavaş-yavaş hər şeyi çaldı,
Tamarzı gözlərim xəyala daldı.
Gəncliyin istisi, alovu, odu,
Atəşli duyğular közümdə qaldı.
Ətirli nübarım yazımda qaldı.
Nədən heç gülmədi tale üzümə,
Muradım yığılıb gözümdə qaldı.
Qanad çalmaq istədim göy üzünə,
Naşı ovçu vurdu yerlərə saldı.
Düşündüm gedərəm yolu düzünə,
Gümanım azalıb sözümdə qaldı.
İllər yavaş-yavaş hər şeyi çaldı,
Tamarzı gözlərim xəyala daldı.
Gəncliyin istisi, alovu, odu,
Atəşli duyğular közümdə qaldı.
S.Zamanqızı yaşadığı dövrün sosial-ictimai gerçəkliklərini vaxtında görüb-dəyərləndirən yazarlarımızdandır. Sevil xanımın poeziyasının qısa vaxtda bu qədər geniş əks-səda doğurmasını şərtləndirən nədir? Bu suala qısaca cavab vermək olar. Müxtəlif janrlı şerlərdə bədii axtarışların, poetik fikrin orijinallığıdır. Burada məhəbbətdən başlamış dünya müəmmalarına qədər mövzuların təcəssümü, məna, üslub xüsusiyyəti fərqlənir. İstedadlı şair S.Zamanqızının yaradıcılıq sirrini necə açmaq olar? O, az sözdə vəznli fikir ifadə etmək ustalığına malik yazardır. O, həyatı filosofcasına dərk edir və oxucularını da bədii söz vasitəsilə həyatın mənası, təzadları, ziddiyyətləri barədə düşünməyə məcbur edir.
Bir dəli ağlamaq keçir içimdən,
Yağan yağış ilə ağlayım yenə.
Töküm içimdəki ağrı-acını,
Qatım göz yaşımı yağışa yenə.
Yağan yağış ilə ağlayım yenə.
Töküm içimdəki ağrı-acını,
Qatım göz yaşımı yağışa yenə.
Sevil Zamanqızı həqiqətən həddindən artıq həssas, həddindən artıq zərif, insana, təbiətə qayğıkeş bir yazar xanımdır. Yəqin o, təbiətin qoynunda böyüdüyünə görə belədir. Təbiətdə olan təzadlı, faciəli hadisələrin özünü daxilən yaşamaq böyük insani keyfiyyət, həm də şairliyə məxsus zəriflikdir. Başqasının kədərli taleyinə acımaq duyğuların saflığını, nəcibliyini qoruyur. İnsanın bu ürək yaşantısında təbiət varlığı istisna deyil. Bu cəhətdən aşağıda sitat gətirdiyim bu şeiri daşıdığı həyəcana, təlaşa görə mütəəssir edir.
Xəzan vurmuş güləm mən,
Bağçası solmuşam mən.
Qönçə tutmuş arzular,
Muradı yatmışam mən.
Ömrün gözəl çağında,
Gül-bülbüllü anında.
Payız düşmüş amansız,
Yazında, baharında.
Bağçası solmuşam mən.
Qönçə tutmuş arzular,
Muradı yatmışam mən.
Ömrün gözəl çağında,
Gül-bülbüllü anında.
Payız düşmüş amansız,
Yazında, baharında.
Sevil Zamanqızı doğma xalqına dərin mənəvi tellərlə bağlıdır. Bu gerçəyi eyni zamanda onun gözəl poeziyası təsdiqləyir. Məhəbbət mövzusu daim poetik yaradıcılıqda hakim vəziyyətini saxlayır. Sevil xanım həmin mövzuya sadiqdir; ondan çox yazır.
Deyirlər insan sevdiyindən umar,
Mənim umduqlarım heç də çox deyil.
Qarşılıqlı hörmət, qayğı, məhəbbət,
Bir az diqqər, nəvaziş bir şey deyil.
Deyirlər sevənlər sözsüz anlaşar,
Dil-dodaqla deyil, gözlə anlaşar.
Bir baxış, bir eyham, bir heca yetər,
Sevənlər söz deyil, ruhla anlaşar.
Əcaib bir sirrdir, sevginin dili,
Kənardan gizlidir, çətin anlaşar.
Hər şeyi anlamaq asan iş deyil,
Yarın tapan öz-özüylə anlaşar.
Mənim umduqlarım heç də çox deyil.
Qarşılıqlı hörmət, qayğı, məhəbbət,
Bir az diqqər, nəvaziş bir şey deyil.
Deyirlər sevənlər sözsüz anlaşar,
Dil-dodaqla deyil, gözlə anlaşar.
Bir baxış, bir eyham, bir heca yetər,
Sevənlər söz deyil, ruhla anlaşar.
Əcaib bir sirrdir, sevginin dili,
Kənardan gizlidir, çətin anlaşar.
Hər şeyi anlamaq asan iş deyil,
Yarın tapan öz-özüylə anlaşar.
Bu şeirdə də Sevil xanım real dünyəvi sevginin sadə gözəlliyini canlandırır. Bu nümunədə gözəlliyi, məhəbbəti kainatın ahəngi kimi düşünür, könüllərin vəhdətini yaradan ecazkar qüvvə kimi anladır.
S.Zamanqızı bizim poeziya ənənələrimizə yeni yolla yanaşır. Bu yenilik özünü Sevil Zamanqızı yaradıcılığında söz və canlı mənanın dialektik vəhdətində göstərir. Həqiqət budur ki, yaradıcı məna daşımadan heç bir poetik söz uzun müddət yaşamaq haqqı qazana bilmir. Sevil xanımın poeziyası, sadəcə, bədii zövqü oxşamaqla məhdudlaşmır. Onda estetiklik canlı fikirlə vəhdətdə poetik əksini tapır. Onun şerlərini oxucular özlərinin mənəvi – estetik maraqlarına, zövqlərinə uyğun kəşf edəcəklər.
Leonardo da Vinçi rəssamlığı tamaşa etməklə anlaşılan poeziyaya, poeziyanı isə dinləməklə anlaşılan rəssamlığa bənzədirdi. S.Zamanqızının poeziyası da insan duyğusunun süzgəcindən keçmiş təbiət qədər dolğun, incəsənət kimi unudulmaz təəssürat yaradır. Bu cəhət şairin təbiət lirikasında xüsusilə özünü aydın şəkildə biruzə verir. Anadilli poeziyamızda elə bir şair tapmaq mümkün deyil ki, təbiətə bir neçə şeir həsr etməsin. Yaradıcılığının mühüm bir qismini peyzac lirikası təşkil edən, “təbiət şairi” kimi tanınan şairlərimiz də olub. Sevil xanım təbiəti təkcə gözəl, faydalı olduğu üçün vəsf etmir, həm də insanın ən saf duyğularına görə təbiətə borclu olduğu üçün onun xislətindəki təbiiliyin, saflığın təbiətdən gəldiyinə görə ona yüksək poetik dəyər verir. Yazdığı müəyyən misralar onun təbiətə sonsuz vurğunluğunun, sevgisinin izharıdır.
Sevil xanımın insanın psixoloji aləmi, fəlsəfi təfəkkürü, sevgisi, sevinci, kədəri, həyat, ölüm, dostluq, sədaqət, milli mənlik, dini etiqad və s. haqqında duyğuları əks etdirən lirikasında bütün mövzular humanizmdən qaynaqlanır, mənbəyini həssaslıq, paklıq, mənəvi saflıq, xeyirsevərlik kimi ülvi hisslərdən götürür. Həmin humanizmdən, ülvi hisslərdən doğan şair qayğıkeşliyi bir sıra poetik deyimlərində sərgilənir...
Sevil Zamanqızı yaradıcılığında əzəli-əbədi mövzuya – məhəbbət mövzusuna aid şeirlər xüsusi yer tutur. Bu şeirlərdə klassik poeziyadan gələn varislik, kökə bağlılıq var. Lakin bu, sadəcə təkrar deyil. Həmin şeirlərdə nakam eşqin ürəkləri sızıldadan tərənnümü yoxdur. Sufilik var, lakin bu, vüsaldan qaçmaq səviyyəsində deyil. S.Zamanqızının məhəbbət poeziyası vüsal sonluğu olan poeziyadır.
Gedirsən... qəlbimi özünlə apar,
Sənsiz o da mənə heç gərək deyil.
Sahibi özünsən özünlə apar,
Səni görən gündən sənə vermişdim.
Qalmasın heç ruhum canımda, apar,
Səninlə bağlıdır, heç mənim deyil.
Götür dünyamı da özünlə apar,
Bütün varlığımı sənə vermişəm.
Sənsiz o da mənə heç gərək deyil.
Sahibi özünsən özünlə apar,
Səni görən gündən sənə vermişdim.
Qalmasın heç ruhum canımda, apar,
Səninlə bağlıdır, heç mənim deyil.
Götür dünyamı da özünlə apar,
Bütün varlığımı sənə vermişəm.
S.Zamanqızının şeirləri bədii sözün imkanlarına yaxşı bələd olan, bədii dili zənginləşdirən kamil insanın bədii düşüncələridir, uğur və məhrumiyyətlərin nə olduğunu öz həyat təcrübəsində dərindən hiss etmiş həssas bir insanın ürək çırpıntılarıdır, qəlbinin səsidir.
Bir baxış bəxş eylə,
Sədəqə mənə,
Özümü dünyanın zəngini sanım.
Bir busə bəxş eylə,
Rəhm et sən mənə,
Özümü cahanın xoşbəxti sanım.
Bir sevgi bəxş eylə,
Toxunum sənə,
Özümü səltənət sahibi sanım.
Bir ömür bəxş eylə,
Qoşulum sənə,
Özümü aləmin fatehi sanım...
Sədəqə mənə,
Özümü dünyanın zəngini sanım.
Bir busə bəxş eylə,
Rəhm et sən mənə,
Özümü cahanın xoşbəxti sanım.
Bir sevgi bəxş eylə,
Toxunum sənə,
Özümü səltənət sahibi sanım.
Bir ömür bəxş eylə,
Qoşulum sənə,
Özümü aləmin fatehi sanım...
Müdriklərin belə bir məşhur məntiqi qənaəti var: “Əsl insan ailəsini özündən artıq sevən, yaxşı insan vətənini ailəsindən artıq sevən, ən yaxşı insan bəşəriyyəti vətənindən artıq sevəndir”. S.Zamanqızı poeziyasına diqqətlə nəzər saldıqda şairin ailəsini özündən, vətənini ailəsindən, bəşəriyyəti vətənindən çox sevdiyini müşahidə edirik.
İstəyirəm məni duyan yar olsun,
Könül sarayımın sultanı olsun.
Gözlərimin nuru, başımın tacı,
Bir çiçək bəsləyən bağbanım olsun,
Arzularım, istəklərim çin olsun.
Könül sarayımın sultanı olsun.
Gözlərimin nuru, başımın tacı,
Bir çiçək bəsləyən bağbanım olsun,
Arzularım, istəklərim çin olsun.
Sevil xanımın şeirləri öncə yeni düşüncə tərzi, sərbəst, daha doğrusu, heç bir ənənə cığırına sığışmayan, azad ifadə formasıyla seçilən poeziya nümunələridir, ona görə də diqqətimi çəkdi. S.Zamanqızı sözün ifadəsində sərbəstdir, məncə, bu həm də onun düşüncəsindən, hər şeyin riyazi dəqiqliklə mahiyyətinə varmaq istəyindən irəli gəlir. Hər şeydə bir məna tapır və fəlsəfi fikir görür, onu ifadə etməyə çalışır və bacarır da.
Onun misraları, bizim ara şairlərimizin ədəbaz misraları kimi öz-özündən havalanmır, boş yerə hay-küy salmır, sözlər qanadlı deyil, ağırdır, düşündürücüdür. Oxucunu özüylə aparandır…
Necə ki, məni apardı...
Yeni şeirlərini oxumaq ümidiylə;
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


















