
Xəbərlər
30.04.2026, 21:16
Natella Nur : HAQQI NAHAQQA VERMƏYİN - FOTO
Nə yaxşı ki, ümidlər var,
Ruha qida xəyallar var.
Kölnüm hərdən qanadlanır,
Azad göyləri dolanır.
Seyr etdikcə ulduzları,
Nazla süzən buludları,
Dilə gəlir qəlbin səsi,
Odlu ürəyin nəğməsi.
Həyat, niyə amansızsan,
Ehtibarsız, vəfasızsan.
Məzlumlara zülüm etdin,
Zalımlara sığal çəkdin.
Gah acısan, gah da şirin,
Bilinməyir nədir sirrin?
Cavab gəldi mələklərdən,
Mərhəmətli ürəklərdən.
Çətinliyə dözməlisən,
Xeyirxahlıq etməlisən.
Hər sınaqdan keçməlisən,
İmtahanlar verməlisən.
Zalımlara üsyan edin!
Haqqı nahaqqa verməyin.
Xeyir şərlə vuruşmalı,
Həyat mənalı olmalı.
Bu həyat belə qurulub,
Mayası belə yoğrulub.
Mübarizə etməlisən,
İstəyinə yetməlisən.
Mərhəmətin, səxavətin,
Könül açan əməllərin,
Qoruyacaq onlar səni,
Ucaldacaq onlar səni.
Etdiklərin geri dönür,
Sənlə birgə ömür sürür.
Əlac sənin özündədir,
Əməlində, sözündədir.
30. 04. 2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


