Xəbərlər
9.03.2024, 22:39
PÜSTƏ RƏVAN: TAPARAM SƏNİ - FOTO
TAPARAM SƏNİ
Dumanlar dağların başını alsa,
Çiçəklər gözümün yaşını silər.
Mənə məhəbbəti bu yurdum verir,
Görüşümə gəlib qədrimi bilər.
Göylərə uçarıq sənlə əl-ələ,
Əl edər şəfəqlər, ürək sevinər.
Çıxarıq səninlə ulduzlu yola,
Məhəbbət ürəkdə şeirlə dinər.
Hüsnünə vurulub, əməllərinə,
Yenə də yolunda bahar olaram.
Xoşbəxtliyi mənə verər məhəbbət,
Mələklərdən səni tutub alaram.
Bənövşə ətriylə dolsa kainat,
Çələng-çəlıng topla mənə bağışla.
Sənin qədəminə səpib gülləri,
Üzündən öpərəm yağan yağışla.
Çiçəklər gözümün yaşını silər.
Mənə məhəbbəti bu yurdum verir,
Görüşümə gəlib qədrimi bilər.
Göylərə uçarıq sənlə əl-ələ,
Əl edər şəfəqlər, ürək sevinər.
Çıxarıq səninlə ulduzlu yola,
Məhəbbət ürəkdə şeirlə dinər.
Hüsnünə vurulub, əməllərinə,
Yenə də yolunda bahar olaram.
Xoşbəxtliyi mənə verər məhəbbət,
Mələklərdən səni tutub alaram.
Bənövşə ətriylə dolsa kainat,
Çələng-çəlıng topla mənə bağışla.
Sənin qədəminə səpib gülləri,
Üzündən öpərəm yağan yağışla.
09.03.2024
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
















