
Xəbərlər
3.10.2023, 23:40
PÜSTƏ RƏVAN: KƏDƏR İSTƏMİRƏM - FOTO
KƏDƏR İSTƏMİRƏM
İstəmirəm kədər, sevinc olanda,
Dünya gözəl, geniş sözlə dolanda.
Sevinir ürəyim sevgi olanda,
Aparır sevincim məni göylərə.
İstəmirəm kədər, günəş çıxanda,
Sevincim qüssəni, qəmi yıxanda.
İşıqlı üzünə dönüb baxanda,
Aparır sevincim məni göylərə.
Yer üzü istərəm məhəbbət olsa,
Sevinc də çağlayıb ürəyə dolsa.
Dostlar bir-birinə bir dayaq olsa,
Aparar arzular bizi göylərə.
İstəmirəm kədər səni görəndə,
Bu dunyaya geniş könül verəndə.
Alışır sevgimiz ürək güləndə,
Aparır sevincim məni göylərə.
Dünya gözəl, geniş sözlə dolanda.
Sevinir ürəyim sevgi olanda,
Aparır sevincim məni göylərə.
İstəmirəm kədər, günəş çıxanda,
Sevincim qüssəni, qəmi yıxanda.
İşıqlı üzünə dönüb baxanda,
Aparır sevincim məni göylərə.
Yer üzü istərəm məhəbbət olsa,
Sevinc də çağlayıb ürəyə dolsa.
Dostlar bir-birinə bir dayaq olsa,
Aparar arzular bizi göylərə.
İstəmirəm kədər səni görəndə,
Bu dunyaya geniş könül verəndə.
Alışır sevgimiz ürək güləndə,
Aparır sevincim məni göylərə.
03.10.2023
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













