Turaztv.az » Xəbərlər » PÜSTƏ RƏVAN: MÜBARƏK OLSUN - FOTO
Xəbərlər

PÜSTƏ RƏVAN: MÜBARƏK OLSUN - FOTO

30.03.2023, 23:35 600
  PÜSTƏ  RƏVAN: MÜBARƏK  OLSUN - FOTO
MÜBARƏK OLSUN

Kimimsən, nəyimsən bilmirəm mənim?!
Gəldin sən ömrümə, azaldı dərdim.
Mən xeyli gözlədim sənin yolunu,
Gəlişin ömrümə, mübarək olsun.

Bir zülmət qaranlıq içindəydim mən,
Bilmirdim neyləyim dərdin əlindən,
Sən qəlbimə işıq saldın qəfildən,
Gəlişin ömrümə, mübarək olsun.

Neyləyim çox sevir bu ürək səni,
Xəstə ürəyimin sənsən məlhəmi.
Həyata gəlişin qaytardı məni,
Gəlişin ömrümə, mübarək olsun.

Qoy Tanrım xoşbəxtlik bəxş etsin sənə,
Sən onu necəki, gətirdin mənə.
Mən qurban kəsərəm qədəmlərinə,
Gəlişin ömrümə, mübarək olsun.

  PÜSTƏ  RƏVAN: MÜBARƏK  OLSUN - FOTO

Oxşar xəbərlər