
Xəbərlər
23.11.2023, 00:25
PÜSTƏ RƏVAN: SINDIRMA FƏLƏK - FOTO
SINDIRMA FƏLƏK
Qəlbimi sındırma, sındırma fələk,
Sıxılır yenə də sinəmdə ürək.
Çiynimdə ən ağır, ağır yükümsən,
Sındırma qəlbimi, sındırma ürək.
Mən hələ axıram saf sular kimi,
Doludur kədərlə boşalmır ürək.
Yollarda yenə gəl yubanma bir də,
Mən bir az cavanam tələsmə ürək.
Bənd olmuşam sənə göz səni gəzir,
Bənd olmuşam gülə gül səni gəzir.
Misralarım nurlu vətəni gəzir,
Sındırma qəlbimi, sındırma fələk.
Güllərim açılıb təzədir-tərdir,
Qolların açılıb mənə fəxrdir.
Məhəbbət aləmim, sevgi aləmim,
Sındırma qəlbimi, sındırma fələk.
Yenə də bu günlər sözlə dolmuşam,
Bəxtiyar payıza qonaq olmuşam.
Məni sevindirib gülə dönmüşəm,
Sındırma qəlbimi, sındırma fələk.
Söz aləmi məndə, öz aləmim var,
Şairə yaraşmır tez sınıb solmaq.
Elə coşuram ki, coşgundur ürək,
Sındırma qəlbimi, sındırma fələk.
Sıxılır yenə də sinəmdə ürək.
Çiynimdə ən ağır, ağır yükümsən,
Sındırma qəlbimi, sındırma ürək.
Mən hələ axıram saf sular kimi,
Doludur kədərlə boşalmır ürək.
Yollarda yenə gəl yubanma bir də,
Mən bir az cavanam tələsmə ürək.
Bənd olmuşam sənə göz səni gəzir,
Bənd olmuşam gülə gül səni gəzir.
Misralarım nurlu vətəni gəzir,
Sındırma qəlbimi, sındırma fələk.
Güllərim açılıb təzədir-tərdir,
Qolların açılıb mənə fəxrdir.
Məhəbbət aləmim, sevgi aləmim,
Sındırma qəlbimi, sındırma fələk.
Yenə də bu günlər sözlə dolmuşam,
Bəxtiyar payıza qonaq olmuşam.
Məni sevindirib gülə dönmüşəm,
Sındırma qəlbimi, sındırma fələk.
Söz aləmi məndə, öz aləmim var,
Şairə yaraşmır tez sınıb solmaq.
Elə coşuram ki, coşgundur ürək,
Sındırma qəlbimi, sındırma fələk.
PÜSTƏ RƏVAN
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













