“Səbail rayonunda sökülməsi nəzərdə tutulan binaların sayı ilkin mərhələdə təxminən 15-20 arasındadır”.

“Qafqazinfo”nun BAKU.WS-ə istinadən məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz küçələri, 20-ci sahə, Xanlar küçəsi, həmçinin Badamdar qəsəbəsində yerləşən bəzi yataqxana tipli binaların sökülməsi planlaşdırılır:

“Bunlar əsasən istismar müddəti başa çatmış və ilkin mərhələdə sökülməsi nəzərdə tutulan tikililərdir. Hazırda həmin binaların bir qismində inventarizasiya işləri aparılıb, bəzi ərazilərdə isə qiymətləndirmə prosesi həyata keçirilib. Adətən belə hallarda qiymətləndirmə işlərinin aparılması üçün satınalma keçirilir və qalib şirkət tərəfindən əmlakların dəyəri müəyyənləşdirilir.

Kompensasiya məbləği isə qiymətləndirici şirkət tərəfindən ərazinin mövcud bazar qiymətləri nəzərə alınmaqla hesablanır. Bu zaman əsas meyarlardan biri mənzilin bir kvadratmetrinin bazar dəyəridir. Hazırda sözügedən ərazilərdə qiymətləndirmədən keçmiş bəzi mənzillər üzrə kompensasiya məbləğinin 1 500-2 200 manat aralığında müəyyənləşdirildiyi hallar mövcuddur.

Bununla belə, kompensasiya məbləği bütün binalar və mənzillər üçün eyni olmur. Söküntü ilə bağlı hər bir qərardan əvvəl konkret ərazi üzrə qiymətləndirmə aparılır və məbləğ həmin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilir. Bəzi hallarda kompensasiya məbləği qeyd olunan rəqəmlərdən daha yüksək də ola bilər”.

AQC sdəri əlavə edib ki, söküntü prosesinin həm investor, həm də dövlət hesabına həyata keçirilməsi nəzərdə tutulur:

“İnvestor tərəfindən sökülən binaların yerində yeni yaşayış binalarının inşası planlaşdırılır. Dövlət hesabına köçürüləcək ərazilərdə isə abadlıq işlərinin aparılması, park və yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.

İnvestor hesabına həyata keçirilən layihələrdə kompensasiya məbləğinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə şirkətinə müraciət edilə bilər. Eyni zamanda investorla sakinlər arasında birbaşa danışıqlar aparılaraq kompensasiya məbləği də razılaşdırıla bilər”.

Son xəbərlər

Məmməd Qədir : Öztəsəllim - FOTO

Ömrün yolunda qalan iz... - FOTO

Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikası

Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

ƏZİZƏ AĞAHÜSEYNQIZI : DURNAM - Qənirə Paşayevaya…

VƏTƏNƏ BAĞLI ÖMÜR

Adilə Aslanova : Qızlarçün bulaqlar qəribsəyibdi - FOTO

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Nurəddin Əhmədovun əziz xatirəsinə

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanın vaxtı açıqlanıb

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Milli Məclisə vəkillərin hüquqi müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik dəyişiklikləri tövsiyə edilib

Kuzbassda kömür mədənində yanğın səbəbindən 300-dən çox insan təxliyə edilib

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930