Xəbərlər
30.09.2026, 21:32
ƏZİZƏ AĞAHÜSEYNQIZI : DURNAM - Qənirə Paşayevaya…

Tərk etdin dostları payız günündə.
Elimin mübariz, döyüskən qızı.
Bəs nədir kovrəklik səsin, ünündə?
Getdin, ağlar qoydun dostu, sirdaşı,
Əyilməz qürurun xatirimizdə.
Elə səndən deyir, səndən danışır,
Keçdiyim küçə də, saldığım iz də.
Sən elə bir mələk üzlü lütf idin,
Uşaqdan böyüyə sevdilər səni.
Özünü alova, oda toxuyub,
Qırdın sərhədləri, dağıtdın çəni.
Üzülür payız da tutduğu işdən,
Vədəsiz heç kimin ömrü bitməsin.
Zəhmətlə, halalca alın təriylə,
Qurduğu ucalıq heçə yetməsin.
Yenilməz Tomrisim, Həcərim idin,
Tanrı yetirmişdi səni bu xalqa.
Sən sülh goyərçini, azadlıq quşu,
Heç vaxt istəmədin nə dava, qalğa.
Ömrünü yandırdın Prometey tək.
Adıyla dünyada tanınan qadın.
Sən mənim Simurğum, Səməndərimsən,
Bu gün iftixarla anılan qadın.
Guneydə parlayan altunum, zərim,
Səni əcəl aldı, ağrılar dərdi.
Tərk edib getsən də bizi vədəsiz,
Xatirin, izzətin dünya qədərdi.
Şəkildən baxanım, ürək yaxanım,
Nəğməli könlümdə rahatlan, uyu.
Kövrək ürəyimin sarı simində,
Yaşarsan Qənirəm, bir ömür boyu.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




