Xəbərlər
30.09.2026, 21:06
Adilə Aslanova : Qızlarçün bulaqlar qəribsəyibdi - FOTO
BULAQ BAŞI
Niyə bulaqların gözü kor qalıb?
O bulaq başının qızları hanı?
Ürkək ceyran kimi döyükən, dinən,
İşvəsi, qəmzəsi, nazları hanı?
Qıvrım tellərini tökərdi üzə,
Hərdən tutulardı ayna qabağı.
Bircə dəliqanlı düşsəydi izə,
Allanıb pörtərdi günəş yanağı.
Titrək əllərində, ovuclarında,
Qırmızı ürəkli zərf büzüşərdi.
Bir himə bənd olan qonşuların da,
Hərəsi bir adla tökülüşərdi.
Bulaq saflığından doğan sevgilər,
Sulara qarışıb axdımı, yoxsa...
Saçları kəpənək o çiçək qızlar,
Dəcəl oğlanların baxtımı, yoxsa...
İndi sular axır başı havalı,
Ötənlər xətrinə yaman dəyibdi.
Üz- gözü həyalı, əli xınalı,
Qızlarçün bulaqlar qəribsəyibdi.
Niyə bulaqların gözü kor qalıb?
O bulaq başının qızları hanı?
Ürkək ceyran kimi döyükən, dinən,
İşvəsi, qəmzəsi, nazları hanı?
Qıvrım tellərini tökərdi üzə,
Hərdən tutulardı ayna qabağı.
Bircə dəliqanlı düşsəydi izə,
Allanıb pörtərdi günəş yanağı.
Titrək əllərində, ovuclarında,
Qırmızı ürəkli zərf büzüşərdi.
Bir himə bənd olan qonşuların da,
Hərəsi bir adla tökülüşərdi.
Bulaq saflığından doğan sevgilər,
Sulara qarışıb axdımı, yoxsa...
Saçları kəpənək o çiçək qızlar,
Dəcəl oğlanların baxtımı, yoxsa...
İndi sular axır başı havalı,
Ötənlər xətrinə yaman dəyibdi.
Üz- gözü həyalı, əli xınalı,
Qızlarçün bulaqlar qəribsəyibdi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


