Budəfəki Avropa Kuboku yeni və fərqli yarış formatı ilə gimnastika ictimaiyyətinin diqqətini cəlb edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu turnirdə ilk dəfə olaraq idmançılar ənənəvi sistemdən fərqli formatda çıxış edirlər: “Qaydalara əsasən, fərdi gimnastlar təsnifat mərhələsində ilk 16 yerə düşdükdən sonra növbəti mərhələdə 8-liyə vəsiqə uğrunda mübarizə aparırlar. Daha sonra isə final mərhələsinə gedən yolda əlavə raundlar keçirilir və qaliblər müəyyənləşdirilir. Qrup hərəkətləri üzrə komandalar da fərqli sistemlə yarışır. Belə ki, təsnifat mərhələsindən sonra ən yaxşı nəticə göstərən 6 komanda yarımfinal və final mərhələlərində mübarizəni davam etdirir. Yeni format həm gimnastlar, həm məşqçilər, həm də tamaşaçılar arasında böyük maraq doğurur. İndiyədək bu cür sistem tətbiq edilmədiyindən yarışlara əlavə dinamika və həyəcan qatır”.

Federasiya rəsmisi turnirdə mübarizə aparan Azərbaycan idmançılarından da bəhs edib: “Bizim gimnastlarımız həm gənclər yaş kateqoriyasında, həm də böyüklər arasında çıxış edəcəklər. Yarışlar həm qrup hərəkətləri komandaları, həm də fərdi gimnastlar arasında keçiriləcək. Eyni zamanda, gənclər arasında da fərdi proqram üzrə çıxışlar olacaq. Bildiyiniz kimi, “Paris 2024” Olimpiya Oyunlarından sonra milli komandamızda nəsil dəyişikliyi baş verdi. Qrup hərəkətləri komandamız tamamilə yenidən formalaşdırılıb və onlar öz elementlərini və proqramlarını bizə təqdim edəcəklər”.

Qeyd edək ki, bu gün start götürən yarışda 31 ölkədən, ümumilikdə 194 idmançı medallar uğrunda mübarizə aparır. Onlardan 137-si böyüklər, 57-si isə gənclər kateqoriyasında çıxış edir. Turnirdə Azərbaycanı 10 idmançı təmsil edir. Azadə Atakişiyeva və Ayla İsgəndərli gənclər, İlona Zeynalova, Şəms Müvəffəqi, Sofiya Məmmədova, Zəhra Cəfərova, İlahə Bahadırova, Alina Məmmədova, Fidan Qurbanlı və Kamilla Seyidzadə isə böyüklər kateqoriyasında qüvvələrini sınayırlar. Avropa Kuboku mayın 3-dək davam edəcək.

Son xəbərlər

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930