47 yaşında insanlar özlərini ən xoşbəxt və sağlam hiss edirlər. Ekspertlər bunu sağlamlığa münasibətin dəyişməsi, özünə inamın artması və yeni həyat prioritetlərinin formalaşması ilə izah edirlər.

Böyük Britaniyada aparılan yeni sorğuya görə, məhz 47 yaş fiziki və emosional rifahın zirvəsi hesab olunur.

Bu nəticəyə TePe şirkətinin sifarişi ilə aparılan araşdırmanın müəllifləri gəliblər. Sorğu çərçivəsində Böyük Britaniyadan 2000 nəfərdən insanların hansı yaşda özlərini ən sağlam və xoşbəxt hiss etdiklərini bildirmələri istənilib. Respondentlərin əksəriyyəti 47 yaşı qeyd edib. Araşdırma həmçinin göstərib ki, 40–50 yaş aralığında olan insanlar çox vaxt daha gənc illərlə müqayisədə özlərini daha inamlı, xoşbəxt və fiziki baxımdan daha dözümlü hiss edirlər.

Psixoloqlar bunun sağlamlığa münasibətin dəyişməsi ilə bağlı ola biləcəyini düşünür. Yaş artdıqca insanlar anlayır ki, sağlamlıq yalnız zahiri görünüşdən ibarət deyil. Əsas olan özünü necə hiss etdiyin və bədənin nə qədər yaxşı işləməsidir.

40 yaşdan yuxarı respondentlərin demək olar ki, yarısı - 47 faizi - qeyd edib ki, yaş artdıqca həyatları daha sağlam olub, çünki öz bədənlərini daha yaxşı anlamağa başlayıblar. Bəzi iştirakçılar bunu sağlamlığa və rifaha daha çox diqqət yetirmələri ilə əlaqələndiriblər.

Sorğuda iştirak edənlərin 32 faizi daha faydalı qidalar almağa başladıqlarını bildirib. Bir çoxları üçün gecə həyatı, əyləncələr və alkoqol artıq keçmişdə qalıb: 28 faiz respondent deyib ki, 40 yaşdan sonra 20–30 yaşları ilə müqayisədə xeyli az əylənir və spirtli içki qəbul edir.

Bundan əlavə, 26 faiz respondent etiraf edib ki, aktiv qalmaqda onlara övladları və ya nəvələri kömək edir. 35 faiz isə başqalarını razı salmaq barədə daha az düşündüklərini və daha çox öz rifahlarına fokuslandıqlarını bildirib.

Bu araşdırma Böyük Britaniyada aparılmış başqa bir sorğudan sonra yayımlanıb. Həmin sorğu göstərib ki, britaniyalıların fikrincə, qocalıq 69 yaşdan başlayır. Seven Seas çərçivəsində keçirilən araşdırmada 2000-dən çox böyüklərdən insanların nə vaxt qocaldığını düşündükləri soruşulub.

Əvvəlki tədqiqatlar qocalığın 62 yaşında başladığını göstərib, lakin yeni məlumatlar ictimai yaş qavrayışında dəyişiklik olduğunu göstərir.

Sağlamlıq üzrə mütəxəssis Donna Bartolinin sözlərinə görə, insanlar getdikcə "qocalıq" anlayışını daha gec yaşa keçirsələr də, bu, onların sağlamlıqlarına qayğı göstərməyi təxirə sala biləcəkləri anlamına gəlmir.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930