Turaztv.az » Xəbərlər » ƏZİZƏ AĞAHÜSEYNQIZI : Göstərir sözümün düzünü, nərgiz - FOTO
Xəbərlər

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Göstərir sözümün düzünü, nərgiz - FOTO

15.02.2026, 01:15 184
NƏRGİZ

Qışın ortasında çiçəkləyibsən,
De, hardan almısan dözümü nərgiz?
Gah sarı, gah da ağ ləçəkləyibsən,
Gözəldi rənglərin düzümü, nərgiz.

Soyuq baxışlarda qarı görəndə,
Soyudun sevgini yarı görəndə,
Bağrının başında sarı görəndə,
Buludlar qapadı gözümü, nərgiz.

Ləçəyin xalıdı incə toxunub,
Eşqinlə gör neçə nəğmə oxunub,
Boynunu bükmüsən, yelmi toxunub?
Yandırır göz yaşın üzümü, nərgiz.

Torpaqdan boy verib sıralanırsan,
Aşiqlər əlində xaralanırsan,
Bahara çatanda uralanırsan,
Yarıda qoyursan sözümü, nərgiz.

Gəl, məni özünə belə bağlama,
Gedərgi qonağam məni saxlama,
Hüsnünə yazdığım qoşma, bağlama,
Göstərir sözümün düzünü, nərgiz.



Oxşar xəbərlər