(Bir oğul təbrikinin poetik qatları)
Həyatım boyu, bir - birindən maraqlı, insanın şüur qatına təsir edəcək o qədər təbrik mətnləri oxumuşam ki, hər dəfədə içi silkələyən orjinallığa heyran qalmışam. Fərq etməyib, ata, ana, övlad, bacı-qardaş, dost-tanış, müəllim, şagird və sair...
Amma bu gün qarşıma çıxan bir təbrik, daha doğrusu şair qardaşımız Məhəmməd Yəhyayev in oğlu Qismətin atasına yazdığı qəzəlvari təbriki məni bir neçə tərəfdən sevindirdi. Təbrik mətninin oxuduqca yadıma Azərbaycan Ədəbiyyatında ata obrazının ucalığı düşdü.

Həqiqətən də, ata obrazı həmişə bizə həyatda olduğu kimi müqəddəs bir anlayış olaraq təqdim olunmuşdur. Klassik divan ədəbiyyatından tutmuş çağdaş lirikaya qədər ata yalnız ailə başçısı deyil, mənəvi dayağın, zəhmətin və sədaqətin rəmzi kimi qələmə alınmışdır. Bu baxımdan gənc bir müəllifin atasının doğum günü münasibətilə qələmə aldığı qəzəlvari təbrik sadə bir təbrik mətni olmaqdan çıxaraq poetik mədhiyyə səviyyəsinə yüksəlir.
Elə ilk beytdən etibarən ideya istiqamətini müəyyənləşdirir;-
“Özümə bilmişəm ən möhtərəm insan atamı”
Burada “ən möhtərəm” ifadəsi tək müəllif üçün yox, bütün bəşəri övladlarda bilir ki, ata yalnız doğma insan deyil, dəyər meyarıdır. Oğul öz mənəvi sisteminin zirvəsinə atanı yerləşdirir. Bu, ailə sevgisinin poetik ifadəsindən daha çox, dəyər fəlsəfəsidir.
Növbəti beytdə isə ; -
“Kaşki hər vaxtı görüm ömrü firavan atamı”

Artıq burada dua motivi var. Şair öz arzularını deyil, atasının firavanlığını ön plana çəkir. Bu isə Şərq ədəbiyyatında valideynə sədaqətin klassik ənənəsinə söykənir.
Zəhmətin poetik simvolu
Şeirin ən təsirli misralarından biri;-
“Qocalan əlləri məlhəmdi sığal çəksə mənə”
Bu ifadədə ikiqat, sözün bütün mənalarında anlama qatı mövcuddur. “Qocalan əllər” ömür boyu çəkilmiş zəhmətin, fədakarlığın işarəsidir. “Məlhəm” isə ruhi sağalma rəmzidir. Ata burada həm zəhmət adamı, həm də mənəvi şəfa mənbəyi kimi təqdim olunur. Bu misra poetik baxımdan şeirin emosional zirvələrindən biridir.
Ata – xan, ata – dayaq
Şair klassik üslub elementlərindən istifadə edərək ata obrazını ucaldır:
Səri-kuyində olanlar da vəfasızdı gedər
“Salsa dünya yerə taxtından əgər xan atamı”
Burada “xan” obrazı təsadüfi deyil. Ata hakimiyyət, qüdrət və sabitlik simvolu kimi təqdim olunur. Dünya dəyişə bilər, insanlar vəfasız çıxa bilər, lakin ata öz mövqeyində qalır. Bu, ailə institutunun sarsılmazlığına işarədir.
Nigaranlıq və ata ürəyi
“Bir günüm keçsə uzaq yerdə rahatlıq tapmaz”

Bu misrada psixoloji həqiqət var. Ata obrazı səssiz, təmkinli sevgi daşıyıcısıdır. O, sevgisini sözlə deyil, nigaranlıqla göstərir. Şair bu incə duyğunu sadə, lakin təsirli ifadə ilə təqdim edir.
Təvazökar sonluq
Şeir klassik qəzəl ənənəsinə uyğun olaraq müəllifin təvazökar etirafı ilə bitir:
“Acizəm vəsf edim olsam da qəzəlxan atamı”
Burada özünü “aciz” adlandırmaqla şair atasının böyüklüyünü daha da ucaldır. Bu, klassik divan poeziyasında tez-tez rast gəlinən sənətkar təvazökarlığının müasir ifadəsidir.
Bu şeir adi doğum günü təbriki deyil. Bu, ata obrazına yazılmış səmimi və klassik ruhlu bir mədhiyyədir. Burada süni pafos yoxdur; duyğu təbii axarla təqdim olunur. Klassik leksik elementlər (“xan”, “səri-kuy”, “qəzəlxan”) mətnə poetik aura qatır və onu ənənəvi qəzəl estetikası ilə bağlayır.
Ən önəmlisi isə budur ki, şeir ata sevgisini sadəcə emosional səviyyədə deyil, mənəvi-əxlaqi dəyər sistemi kimi təqdim edir. Ata burada həm zəhmət adamıdır, həm hökmdardır, həm məlhəmdir, həm də nigaran ürək.
Belə mətnlər ailə dəyərlərinin poeziyada yaşadığını və yeni nəsil tərəfindən davam etdirildiyini göstərir.
Böyük səmimiyyətlə,

Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
"Vətən Övladı" və "Dəyənək" qəzetinin təsisçisi.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930