ONLARIN BÖYÜK DÜNYASI
" Dünyada hər şeyə dəyər vermək mümkündür,
lakin müəllimin əməyinə əsla deyər verilə bilməz.

Sokrat

Mənalı və şərəfli bir ömür yaşayan, yaxşı müəllimə, yaxşı ana, yaxşı ziyalı kimi tanınan və sevilən, ürəyi vətən üçün, xalq üçün döyünən, elnən nəfəs alan, millətin balalarına öz balası kimi yanaşan Təravət Sultanova kimi kişi qeyrətli qadınlarla Neftçalalılar daha çox fəxr eləyir, öyünür və qürur duyurlar.
İşlədiyi kollektivdə də onu haqqı söyləyən, haqqın mizan tərəzisini əyilməyə qoymayan, qəlbi məhəbbətlə, sevgiylə dolu, millətin balalarının xoşbəxt gələcəyi üçün yorulmadan çalışan, rahatlıq bilməyən bir insan kimi tanıyır və hörmət edirlər. Bu, belə də olmalıdır. Axı müəllimlik məsuliyyətli işdir, çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir, gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır.
Müəllim adı müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir.

Müəllim hər birimiz üçün doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq.
…Neftçalanın işıqlı bir ziyalı ailəsindən, bir müəllim ömründən söz açıb düşüncələrimizi, fikirlərimizi oxucularımızla bölüşmək istərdik.
Təravət Sultanova yaxşı müəllimdir, yaxşı ziyalıdır, əsl Azərbaycan qadınıdır. Uca dağlara, coşqun dənizlərə bənzəyən bir insandır. Onun əyilməzliyini, şah vüqarını, dəniz kimi çağlayan duyğularını, humanizmini, tükənməz enerjisini dərs dediyi şagirdləri, işlədiyi pedaqoji kollektivdə yaxşı bilirlər.
O gözəl və qayğıkeş, mehriban müəllimə Neftçala elində sayılıb- seçilən, həmişə ucalıqda dayanan mərd və xeyirxah adamlardan biridir. Onun müdrik fikirlərindən bəhrələnənlər, xeyirxahlığından və qayğısından yararlananlar, müəllim fəaliyyətindən razılıq edənlər, haqqında xoş sözlər eşidənlər həmişə ondan məhəbbətlə söhbət açırlar.
Kiçik bir haşiyə: Təravət Sultanova 1962- ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində dünyaya göz açıb. Xıllı qəsəbə məktəbində təhsil alıb, müəllimlərindən elm, savad öyrənib. Şagird yoldaşlarından yaxşı oxumağı, nizam- intizamı ilə fərqlənib. Ədəbiyyata böyük həvəsi olub. Müəllim olmaq arzusu ilə qol- qanad açıb.
1979- cu ildə Xıllı qəsəbə orta məktəbini bitirib. Bir müddət istehsalatda çalışıb.
1983- cü ildə sənədlərini V.İ.Lenin adına APİ -nin filologiya fakültəsinə verib. İmtahanlardan yaxşı qiymət alaraq tələbə adını qazanıb.
Tələbə adını qazanmış Təravət xanım gələcəyin yaxşı müəllimi olmaq üçün günlərini boşa verməyib. Oxuyub, saatlarla İsmayıl Şıxlının, Mürsəl Həkimovun, Nadir Namazovun, Fərhad Fərhadov kimi professorların mühazirələrinə qulaq asib,elm öyrənib.
1985- ci ildən Neftçala rayonu, Xıllı qəsəbə bir saylı tam orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb. Bu günkü nəsillərin öyündüyü, gələcək nəsillərin də öyrənəcəyi fədakar ömrü ilə Təravət müəllimə ən böyük hörmətə, ilahi sevgilərə layiqdir.
Bəli, Təravət müəllimə hər şagirdə öz doğma balası kimi yanaşır, uşaqlarla mehribanlıqla davranır, onların təlim-tərbiyəsinində, formalaşmasında, vətənpərvərlik ruhunda yetişməsində bir ana kimi, bir müəllim kimi xüsusi fəallıq göstərir. Onun şagirdlərə olan məhəbbəti, onlara göstərilən qayğı, onları haqq yoluna çəkib aparması…Təravət Sultanovanın müəllim fəaliyyətinin humanist istiqamətinin əsasıdır.
Təravət müəllim, Xıllı bir saylı tam orta məktəbdə əmək fəaliyyətini davam etdirir.
Adını hörmətlə çəkdiyim Təravət xanım sözün əsl mənasında gözəl müəllim ömrü, ana ömrü yaşayır!

Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB - nin və AJB - nin üzvü.

Son xəbərlər

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31