TARİX
Ömür çox qısadır. Bir də gözünü onda açırsan ki, yaş 40-ı, 50-ni keçib, 60-ı haqlayıb, ömrün payızı qocalığına çətir tutub. Ömrün necə keçdiyini, nə zaman bu yaşa gəlib çatdığını onda bilirsən ki, saçlarına dən düşüb, ömür

Köhlənin yorulub, daha əvvəlkitək şaha qalxa bilmir. Bu ömrü əsl insan kimi yaşayıb, gözəl övladlar tərbiyə edən, cəmiyyət içərisində yaxşı mənada seçilən, yaratdıqları ilə yaşadığı zamana naxışlar vuran insanlar olduğu kimi, Allahın verdiyi ömrü boş və mənasız yerə xərcləyən, özündən sonra xatırlanası heç nəyi olmayan insanlar da olur. Təəssüf ki, zəmanəmizdə
belə insanlar çoxluq təşkil edir. Lakin aqillərimizin gözəl bir deyimi var: dünya yaxşıların çiynindədir. Ömür yolu qəfil qırılan və yarımçıq qalan, lakin bu yarımçıq ömründə iti zəkası, parlaq istedadı, gələcək nəslə vaxtilə Şamaxıda qurub-yaratdığı binalar, obyektlər camaata yadigar qoyan dəyərli
eloğlu, istedadlı ziyalı Azad Zəbhulla oğlu Dadaşov kimi! Belə fenomenal insanların fonunda pislər ya gözə görünmür, ya da barmaqla sayılacaq qədər az görünürlər.
Bu gün telefonda zəngimiz zamanı Azad müəllimin qardaşı, qələm dostum Cəmil müəllimin qırıq-qırıq səsini eşidəndə və qardaşının dünyasını dəyişməsi xəbərini söyləyəndə bir anlığa tutuldum. Bilirdim ki, Azad müəllim xəstəxanada yatır, qardaşları, ailəsi onun yolunda çalışır, müalicə olunub tezliklə ailəsinin, doğmalarının yanına qayıtmağı arzulayır. Elə əslində də dualarımızda biz də bunu söyləyir, Cəmil müəllimə təskinlik, ürək-dirək verirdik. Mən Cəmil müəllimi həmişə ötkəm, təmkinli görmüşəm, amma telefondakı səsi bu ötkəmliyi yumşaltmışdı... Azad müəllimin fotoşəklini mənə göndərəndə mərhumun üzündə dağların saflığını, müdrikliyini, əzəmətliliyini gördüm. Elə o andaca Allaha bu qədər yaxın, bu qədər əziz olan adamın dünyadan belə tez köçməsinə inanmağım gəlmədi...
Nə vaxtsa oxuduğum belə bir şeir isə bu sətirləri qələmə alanda yadıma düşdü:

Bir azca
göy üzünə yaxın otur,
duaların tez çatsın Rəbbimə.
İçini tox saxla,
üz vermə qəmə.
Səbrini bas,
gözündən düşmə yerə.
Özünə yaxın otur,
asi olma qədərə.
Hərdən
göz aldadır adamı,
öz içindən dikəl, qalx!
Bu dünyaya
ürəyinin gözüylə bax.
Hər şey ölənəcəndi,
Hər şey
öləndən sonradı...


Azad Zəbhulla oğlu Dadaşov 1947-ci ildə Şamaxıda anadan olub. Uzun müddət qədim rayonun tikinti təşkilatlarında iş icraçısı işləyib. Ulu Şirvanın ürəyi sayılan Şamaxının qədimliyinə bir yenilik, təravət gətirib. Özünün zəhməti və işgüzarlığı, həmçinin ziyalılığı ilə rayonda ad-san qazanmışdı. Ailəli idi, iki qızı, iki oğlu, səkkiz nəvəsi var.
Cəmil müəllimlə kiçik söhbətimiz zamanı öyrəndim ki, Dadaşovların ailəsinin ilki olan Azad müəllim sanki Cəmil müəllimgilə ağsaqqallıq yox, atalıq, böyüklük edibmiş. Cəmil müəllimgilin ailələri çoxuşaqlı olub. Azad, Azər və Afəri qardaşlarını itirmiş Cəmil müəllimgil ailədə 6 qardaş, 2 bacı olublar. Hazırda 3 qardaş, 2 bacı həyatda qurub-yaratmaqla məşğuldur.
Azad Dadaşov Göy üzünə yaxın yaşayıb, həm də dünyaya ürəyinin gözüylə baxıb. Cismani ölümü ilə də heç şey başa çatmayacaq, hər şey bundan sonra başlayacaq. Onun müəllifi olduğu layihələr, Şamaxıda qurub-yaratdıqları və xatirələri daim əzizlərinin, onu tanıyanların yaddaşında olacaq. Hər dağları, ucalıqları görəndə də yadımıza Azad müəllim düşəcək...


Dünyada bir xeyir, bir şər qalacaq,
Yaxşı insanlardan əsər qalacaq.
Çör-çöpü sahilə tullayır dəniz,
Dənizin dibində gövhər qalacaq.


X.R.Ulutürk bu misraları elə bil Azad Zəbhulla oğlu Dadaşov üçün yazıb.

Allah Sizə rəhmət eləsin, Azad müəllim!
Başınız sağ olun, Azad müəllimin tanıdığım qardaşları


Çingiz, Cəmil, Zəfər, övladları Zakir,Faiq,Tamara və Təranə Dadaşovlar!
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Konfrans Liqası: “Trabzonspor” qələbə qazanıb, "Ayaks" məğlub olub

Eyni serialda rol alacaqlar

✍ Sevil Azadqızı : MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRICI TƏSİRİ

“Ona zəng etdim, qan tökülməsi dayandı” - Netanyahu

Sel suları Alişanın evini də basdı - Foto

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏN KİMƏM? - FOTO

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib - FOTOLAR

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031