Xəbərlər
25.09.2026, 22:40
Çingiz Dadaşov : ÖMRÜMÜZ BƏNZƏYİR ŞİRİN NAĞILA - FOTO
Ömrümüz bənzəyir şirin nağıla,
Gah sevinc gətirir,gah da ki,kədər.
Gah ümid aparır bizi xəyala,
Gah da ki,qərq edir xoş bir amala.
Uşaqlıq illəri qalıb uzaqda,
O şirin çağların izi yaddaşda.
Bir ana laylası istəyir könlüm,
Ata nəsihəti qalıb qulaqda.
Gəncliyin yolları çiçəkli idi,
Hər arzu könüldə diləkli idi.
Dünya gözümüzdə mələkli idi,
Hər sabah ümidli,gerçəkli idi.
İllər bir-bir ötdü,dönmədi geri,
Qəlbimiz axtardı hey o günləri.
Saçlara dən düşdü,ağardı yeri,
Ancaq,ürək sevir əvvəlki kimi.
Dostlar da seyrəlir, zaman keçdikcə,
Yollar da uzanır,ömür ötdükcə.
Bəzən göz yaşları boğur insanı,
İnsan öz içində fikrə getdikcə.
Nə qədər arzular yarımçıq qaldı,
Nə qədər ümidlər uzaqda qaldı.
Bəzisi xatirə olaraq qaldı,
Bəzisi ürəkdə əmanət qaldı.
İndi hər sabahı nemət bilirik,
Ötən günümüzə şükür deyirik.
Bir xoş söz,bir gülüş yetər deyirik,
Sevgini həyatdan üstün bilirik.
Bir gün bu yollar da sona yetəcək,
Bu dünya bizlərdən ayrı ötəcək.
Arxada yaxşılıq varsa,qalacaq,
Hər xoş xatirəmiz bizi anacaq.
Ömrümüz bənzəyir şirin nağıla,
Həyat kitabını vərəqlə bir-bir.
Gəl,Çingiz,ömrünü sevgiylə yaşa,
Bir gün "şirin nağıl" yetəcək başa.
25.09.2026
Şamaxı.

Gah sevinc gətirir,gah da ki,kədər.
Gah ümid aparır bizi xəyala,
Gah da ki,qərq edir xoş bir amala.
Uşaqlıq illəri qalıb uzaqda,
O şirin çağların izi yaddaşda.
Bir ana laylası istəyir könlüm,
Ata nəsihəti qalıb qulaqda.
Gəncliyin yolları çiçəkli idi,
Hər arzu könüldə diləkli idi.
Dünya gözümüzdə mələkli idi,
Hər sabah ümidli,gerçəkli idi.
İllər bir-bir ötdü,dönmədi geri,
Qəlbimiz axtardı hey o günləri.
Saçlara dən düşdü,ağardı yeri,
Ancaq,ürək sevir əvvəlki kimi.
Dostlar da seyrəlir, zaman keçdikcə,
Yollar da uzanır,ömür ötdükcə.
Bəzən göz yaşları boğur insanı,
İnsan öz içində fikrə getdikcə.
Nə qədər arzular yarımçıq qaldı,
Nə qədər ümidlər uzaqda qaldı.
Bəzisi xatirə olaraq qaldı,
Bəzisi ürəkdə əmanət qaldı.
İndi hər sabahı nemət bilirik,
Ötən günümüzə şükür deyirik.
Bir xoş söz,bir gülüş yetər deyirik,
Sevgini həyatdan üstün bilirik.
Bir gün bu yollar da sona yetəcək,
Bu dünya bizlərdən ayrı ötəcək.
Arxada yaxşılıq varsa,qalacaq,
Hər xoş xatirəmiz bizi anacaq.
Ömrümüz bənzəyir şirin nağıla,
Həyat kitabını vərəqlə bir-bir.
Gəl,Çingiz,ömrünü sevgiylə yaşa,
Bir gün "şirin nağıl" yetəcək başa.
25.09.2026
Şamaxı.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


