Türk Dövlətləri Təşkilatın dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının birgə təşəbbüsü ilə Türk Dövlətlərinin Xizək Kuboku təşkil olunub.

Azərbaycan Qış İdman Növləri Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Türkiyənin Uludağ Dağ Kuortunda keçirilən yarışda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan 100-ə yaxın xizək həvəskarı iştirak edib.

Sayca 2-ci dəfə təşkil olunan kubokda əvvəlcədən qeydiyyatdan keçən 18-25, 26-45, 46+ yaş kateqoriyasında kişi və qadın idmançılar xizək idmanının nəhəng slalom növündə birincilik uğrunda mübarizə aparıblar.

Gərgin keçən yarışda 18-25 yaş kateqoriyasında qızlar arasında Sıla Kara (Türkiyə), oğlanlarda isə Aleksandr Çvetkov (Kazaxıstsan) birinci yerə layiq görülüb. İkinci yerin sahibi Mahmut Kazanc (Türkiyə) olub. Muhammadali Asanov 3-cü yerdə qərarlaşıb.

26-45 yaş kateqoriyasında qızlar arasında Nataliya Lapşina (Qazaxıstan) birinci, Elvira Zakarayeva (Azərbaycan) ikinci, Buse Terim (Türkiyə) üçüncü olub. Oğlanların yarışında Ceyhun Balametov (Azərbaycan) 1-ci, Metehan Taşdemir (Türkiyə) 2-ci, Talip Gülle (Türkiyə) 3-cü yeri tutub.

46+ yaş kateqoriyasında Ali Akgül (Türkiyə) ali kürsüdə ilk yerdə qərarlaşıb. 2-ci və 3-cü yerləri isə Kamil Şar (Türkiyə) və Ömer Saraçer (Türkiyə) bölüşüblər.

Yarışın yekununda qaliblər kubok və medallarla təltif olunub, iştirakçılara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

Türk Dövlətlərinin Xizək Kubokunun keçirilməsinin əsas məqsədi türk xalqları arasında qış idman növləri sahəsində qarşılıqlı əməkdaşlığı gücləndirmək, birgə yarışların keçirilməsini təşviq etmək və xizək idman növünü təbliğ etməkdir.

Qeyd edək ki, növbəti Türk Dövlətlərinin Xizək Kubokunun ev sahibliyinə Qazaxıstan və Türkiyə öz namizədliyini irəli sürüb.

Son xəbərlər

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31