Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi baş tutub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Xizək Alpinizm Federasiyasının baş katibi Cordi Kanals Dünya Kubokunun təşkili üçün Azərbaycanın həyata keçirdiyi hazırlıq işlərini və bu idman növünün inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib.

Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zengstşmid 2022-ci ilin oktyabr ayından etibarən Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Xizək Alpinizmi Federasiyasına üzv seçildiyini və ötən ildən başlayaraq beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini bildirib. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaradılan dağ xizəyi üzrə Məşqçilik fakültəsinin bu idman növünün inkişafına gələcəkdə mühüm töhfə verəcəyini deyib.

Dünya Kubokunun Azərbaycanda keçirilməsinin ölkəmizin idman tarixi üçün mühüm hadisə olduğunu qeyd edən Şahdağ Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov bu yarışın idmançıların bacarıq və əzmini nümayiş etdirməklə yanaşı, onları bir araya gətirərək dostluq və həmrəylik dəyərlərinin təbliğinə xidmət etdiyini bildirib.

Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir. Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə yanvarın 10-dan 13-dək keçiriləcək.

Turnirdə Fərdi Neytral İdmançılar (AİN) olmaqla 26 ölkədən 130-a yaxın idmançı iştirak edəcək. Atletlər yanvarın 10-da sprint, 11-də vertikal və 13-də individual növlər üzrə mübarizə aparacaqlar. Yarışda Azərbaycanı Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edəcəklər.
Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Son xəbərlər

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək

Kəlağayı naxışlarındakı sirr...

Millimiz Qazaxıstana yollandı

“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Seyfəddin Qəndilovun oğlu vəfat etdi - Foto

Professor Tərlan Quliyev vəfat edib

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031