Bakıda şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Bakıda şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, digər yerli federasiyaların rəsmiləri, şahmatçılar və qonaqlar iştirak ediblər.

Əvvəlcə səhnəyə şahmat xanaları gətirilib. Şahmat fiqurlarının formasında paltar geyinmiş personajların ifasında maraqlı səhnəcik təqdim olunub. Ardınca Dövlət Himni səsləndirilib.

Bundan sonra Azərbaycanda şahmatın inkişafı və təbliğindən bəhs edən videoçarx nümayiş olunub.

Açılış mərasimində çıxış edən Fərid Qayıbov 10-cu Dünya Kubokunun Bakıda təşkilinin təsadüfi olmadığını bildirib. O, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli" elan olunduğunu diqqətə çatdırıb. Nazir şahmatın inkişafında dövlətin qayğısını xüsusi vurğulayıb. F.Qayıbov sonda iştirakçılara uğurlar arzulayaraq onların Bakıda səmərəli vaxt keçirəcəklərinə inamını ifadə edib.

Daha sonra FIDE-nin vitse-prezidenti Mahir Məmmədova söz verilib. Federasiya prezidenti Azərbaycanın əsl şahmat ölkəsi olduğunu söyləyib. O, ölkədə şahmatın dövlət siyasəti olduğunu qeyd edib. Azərbaycan qrosmeysterlərinin beynəlxalq yarışlardakı uğurlarından söz açan M.Məmmədov Dünya Kubokunda ölkəni 18 şahmatçının təmsil edəcəyini bildirib. O, Bakıdakı yarışın ədalətli və barışmaz mübarizə ilə yadda qalacağını əlavə edib. M.Məmmədov göstərilən etimada görə növbəti dəfə Beynəlxalq Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edib.

FIDE prezidenti isə öz növbəsində başda Prezident İlham Əliyev olmaqla təşkilatçı ölkəyə belə bir yarışın keçirilməsi üçün minnətdarlığını bildirib. Yaradılan şəraitdən razılıq edən rusiyalı funksioner iştirakçılara uğurlar arzulayıb. Dvorkoviç Dünya Kubokunu açıq elan etdikdən sonra Beynəlxalq Şahmat Federasiyasının rəsmi himni səsləndirilib.

Sonda isə yarışın püşkü atılıb və ilk turda üz-üzə gələcək şahmatçılar müəyyənləşib.

Son xəbərlər

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək

Kəlağayı naxışlarındakı sirr...

Millimiz Qazaxıstana yollandı

“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Seyfəddin Qəndilovun oğlu vəfat etdi - Foto

Professor Tərlan Quliyev vəfat edib

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031