Qiraət etmədiyim, Yar, kitabı gözləyirəm,
Gözüm səmadə qalıb, *afitabı gözləyirəm.

Şikayət eyləmirəm, bəlkə bir günahım olub,
Sualı dəftərə yazdım, cəvabı gözləyirəm.

Mələklərim dayanıb, sağ və sol tərəfdə, fəqət,
Əlində var qələm, ancaq səvabı gözləyirəm.

Damarda eşqi- Xuda dövr edir mənim nə gözəl,
Suyum çəkilmədi candan, şərabı gözləyirəm.

Gülün də şəbnəmi köksündə qalmayır, tökülür,
Axır, gözümdədi zəmzəm, çün *abı gözləyirəm.

Əsən külək məni qorxutmayır, deyim, biləsən,
Səfər günüm gəlib artıq, *turabı gözləyirəm.

Gəlib qürub çağı, zülmət cahanda tor görünür,
Çəkilmirəm göyə yerdən, gülabı gözləyirəm.

Günəş də çöhrəmə baxmır, qaralmışam deyəsən,
Çatılmasın qaşın, afət, *niqabı gözləyirəm.

Təfəkkürüm məni aldatmayıb, hədər gedirəm,
Bu can döyüşdədi, Yar, inqilabı gözləyirəm.

Ağıl- kəmalımı başdan yox etmisən, Yaradan,
Gəlib- gedəndə mən ancaq *sərabı gözləyirəm.

Adım yazılmayacaq, daş- kəsək tapım, gətirim,
Yazanda ismimi hərdən, xitabı gözləyirəm.

Görəndə yarı pərişandı gözlərim kor olur,
Axanda "sel" bəbəyimdən o *xabı gözləyirəm.

Yorulmuşam elə bil, taqətim tükənsə yenə,
Göyün zatında olan Ali *tabı gözləyirəm.

Nə qədri dözsə də qəlbimdə can, həyat qısadır,
Alıb ədaləti közdən əzabı gözləyirəm.

Veribdi bar- bərəkət çünki əziyyət çəkirəm,
Təlatüməm çoxalan, yerdə *Rabı gözləyirəm.

Bu gün sözündə a, Lilpar, giley-güzar elədin,
Nədən demir qara gözlər, Cənabı gözləyirəm?

*Afitab- günəş işığı
*Ab- su
*Turab- qəbir
*Niqab- pərdə
*Sərab- xəyal
*Xab- yuxu
*Tab- güc, qüvvət
*Rab- ruzi verən


QƏZƏL
Yar, könül bağinə hərdən güli- rənadı gələn,
Sevdiyin- çöhrəsi nəm, gözləri şəhladı gələn.

Zülfünün hər teli köksündə durub, danələnir,
Ay üzün nuruna qəmdən *şəbi- yeldadı gələn.

Eşqdir tabe edən ruhunu səhra gülünün,
Gəzmə Məcnunə dönüb, xanənə Leyladı gələn.

Qönçədən busəni ahəstə küləkdir qoparan,
Gülşənin ruyinə şəbnəm, *meyi- səhbadı gələn.

Bir bəla eşqinə can verdiyi üqbayə, Xuda,
Cənnətin ətri Məhəmməd qızı Zəhradı gələn.

Eşqə düşmüş ürəyin çırpınır, ahəstə yanır,
Söndürən qəlbini vüslət dəmi, dəryadı gələn.

Gizlənən sevgidi mazidə olan xatirələr,
Əks olan ayinədən, hər gecə xülyadı gələn.

Gül açan arzuların mənbəyi qəlbin özüdür,
Göz yaşından sulanan kirpiyə röyadı gələn.

Oldu aləmdə bu gün çox qəzəlin mayəsi eşq,
Yazdığın kəlməyə, Lilpar, sözə mənadı gələn.

*Şəbi- yelda- ən uzun gecə
*Meyi- səhba- qırmızı mey

Son xəbərlər

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031