
Xəbərlər
23.03.2022, 22:30
OLSUN GƏRƏK - Əli Vahid (Çaylı)
** OLSUN GƏRƏK **
Sevgini qazanmaq üçün,
Məhəbbətin olsun gərək.
Mehriban yaşamaq üçün,
Sədaqətin olsun gərək.
Mənliyini itirmiyəsən,
Acı söz götürmiyəsən.
Dosta xələl yetirmiyəsən,
Dəyanətin olsun gərək.
Yaxşı işlər bacarmağa,
El yolunda ucalmağa.
Meydanda zəfər çalmağa,
Cəsarətin olsun gərək.
Yaxşılara yar olmağa,
Ağacında bar olmağa,
Xanımına ər olmağa,
Şücayətin olsun gərək.
El yükünü daşımağa,
Məclislərdə danışmağa.
Kişi kimi yarışmağa,
Məharətin olsun gərək.
Şirin edib öz dilini,
Arvad-uşaq, qız-gəlini.
Sevmək üçün hər birini,
Qabilyyətin olsun gərək.
Şair yazar, el oxuyar,
Çiçək dərər, gül toxuyar.
Ətirindən yar qoxuyar,
Düz, halallıq olsun gərək.
Bakı-22
M.Xiyabani
Şair ocağı
23.03.22.
Sevgini qazanmaq üçün,
Məhəbbətin olsun gərək.
Mehriban yaşamaq üçün,
Sədaqətin olsun gərək.
Mənliyini itirmiyəsən,
Acı söz götürmiyəsən.
Dosta xələl yetirmiyəsən,
Dəyanətin olsun gərək.
Yaxşı işlər bacarmağa,
El yolunda ucalmağa.
Meydanda zəfər çalmağa,
Cəsarətin olsun gərək.
Yaxşılara yar olmağa,
Ağacında bar olmağa,
Xanımına ər olmağa,
Şücayətin olsun gərək.
El yükünü daşımağa,
Məclislərdə danışmağa.
Kişi kimi yarışmağa,
Məharətin olsun gərək.
Şirin edib öz dilini,
Arvad-uşaq, qız-gəlini.
Sevmək üçün hər birini,
Qabilyyətin olsun gərək.
Şair yazar, el oxuyar,
Çiçək dərər, gül toxuyar.
Ətirindən yar qoxuyar,
Düz, halallıq olsun gərək.
Bakı-22
M.Xiyabani
Şair ocağı
23.03.22.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







