Xəbərlər
13.02.2026, 22:34
✍ Sevil Azadqızı : Qismətdir, qədərdir, bilmirəm, nədir?..
BİLMİRƏM, NƏDİR?..
Ömrün payızında soluram deyə,
Söz var ürəyimin başını didir.
Bir zaman gözümdə yer verdiyim kəs,
İndi göz yaşıma qoşulub gedir.
Çox yandım odunda qədirbilməzin,
Arxamca qorudum ləpirin, izin.
Çox gəldim görməzdən əyrisin, düzün,
Baxıram gizlincə məni tərk edir.
Aldanıb sözünə hər kəlmə başı,
Nahaqdan bilmişəm könül sirdaşı.
Sən demə, olmuşam çox şeydə naşı,
Qismətdir, qədərdir, bilmirəm, nədir?..
Söz var ürəyimin başını didir.
Bir zaman gözümdə yer verdiyim kəs,
İndi göz yaşıma qoşulub gedir.
Çox yandım odunda qədirbilməzin,
Arxamca qorudum ləpirin, izin.
Çox gəldim görməzdən əyrisin, düzün,
Baxıram gizlincə məni tərk edir.
Aldanıb sözünə hər kəlmə başı,
Nahaqdan bilmişəm könül sirdaşı.
Sən demə, olmuşam çox şeydə naşı,
Qismətdir, qədərdir, bilmirəm, nədir?..
13.02.2026







