Xəbərlər
8.09.2022, 23:22
Elxan ÇIRAXLI: Deyə bilmirəm ki, sevən deyiləm
Qırdın qəlbimdəki istəklərimi,
Eylədin sevgimin gödək dilini
Sən ki bacarmadın, gəl çək əlini
De ki mən buludam, əsən küləyəm
Səninlə sevilən, sevən deyiləm
Yadıma salıram ötən günləri
Sənsiz dözəmmirdim, sənsiz, ey pəri!
Qoşa getdiyimiz yolda izləri
Qayıt sil, demə ki həmin mələyəm
O vaxtki sevilən, sevən deyiləm.
Biz daha dəyişdik, həyatsa eyni
Dilə gətirmədim ürək deyəni
Demirəm ya öldür, ya da sev məni
İndi özüm boyda qüssəyəm, qəməm
Yenə demirəm ki, sevən deyiləm
Eylədin sevgimin gödək dilini
Sən ki bacarmadın, gəl çək əlini
De ki mən buludam, əsən küləyəm
Səninlə sevilən, sevən deyiləm
Yadıma salıram ötən günləri
Sənsiz dözəmmirdim, sənsiz, ey pəri!
Qoşa getdiyimiz yolda izləri
Qayıt sil, demə ki həmin mələyəm
O vaxtki sevilən, sevən deyiləm.
Biz daha dəyişdik, həyatsa eyni
Dilə gətirmədim ürək deyəni
Demirəm ya öldür, ya da sev məni
İndi özüm boyda qüssəyəm, qəməm
Yenə demirəm ki, sevən deyiləm
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











