Nəsimi Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

"Turaztv.az" "Unikal" -a istinadən xəbər verir ki, görüşdə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Qızlar Universitetinin rektoru Sevinc Rəhimova, Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova, Azərbaycan-Fransa Universitetinin direktoru Vazeh Əsgərov və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxışında ali təhsil müəssisələrinin rayonun ictimai həyatında mühüm rol oynadığını vurğulayıb, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması və onların sosial layihələrə cəlb olunmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, icra hakimiyyəti tərəfindən həyata keçirilən sosial-iqtisadi və mədəni-kütləvi tədbirlərdə ali təhsil ocaqlarının fəal iştirakı xüsusi önəm daşıyır.

Görüşdə iştirak edən rektorlar çıxış edərək rəhbərlik etdikləri ali təhsil müəssisələrində həyata keçirilən elmi, tədris və sosial layihələr barədə məlumat verdilər. Onlar tələbələrin ictimai fəallığının artırılması, könüllülük hərəkatının genişləndirilməsi, elmi-praktik konfransların, maarifləndirici və mədəni-kütləvi tədbirlərin birgə təşkili istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğuladılar.

Çıxış edənlər yerli icra hakimiyyəti ilə qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini qeyd edib, birgə layihələrin həyata keçirilməsi üçün təkliflərini səsləndiriblər.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib və birgə fəaliyyətin davamlı xarakter daşıyacağı bildirilib.












Son xəbərlər

✍ Sevil Azadqızı : SÜKUTA DOGRU - FOTO

Avropa Liqası: “Fənərbağça” öz meydanında böyük hesabla uduzub

“Saatım qurulub sənin vaxtınla…" - FOTO

"Bütün sərhədi minalamaq 48 saat çəkəcək" - Tusk

Prezidentdən Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım - Foto

Sülhün səbəbkarları... - Tarixi foto

Alimlər ölüm riskini 23% azaltmağın yolunu tapdılar

Qızılı olanlara ŞAD XƏBƏR: Qiyməti rekord BAHALAŞDI

Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı

Azərbaycanda bu yağın satışı və idxalı DAYANDIRILDI

ABŞ Prezidenti İlham Əliyev və Nikol Paşinyana sülh yaratdıqlarına görə təşəkkür edib

Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir

Xəzər dənizində zəlzələ olub

Məhkəmə Səfərbərlik Xidmətinin sabiq idarə rəisi barədə qərar qəbul edib

Bir vəkilin fəaliyyəti dayandırılıb

Trampdan Ramazan TƏBRİKİ

Üç rayonda itkin şəhidlərimiz torpağa tapşırıldı

Azərbaycana transmilli hücum: Vardanyanın "çirkli" milyardları onu təmizə çıxara bilməyəcək - ŞƏRH

Həmkarlar İttifaqı BANM-in 40 tələbəsinə təqaüd verdi - Fotolar

Tahir Budaqov rektorlarla görüş keçirdi - FOTOLAR

Prospektdə qalan maşından 27 yaşlı oğlanın meyiti tapıldı

Peşə təhsilində yeni mərhələ - İxtisas təsnifatı yenilənir

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb

Azərbaycan xizəkçiləri beynəlxalq turnirdə fərqləniblər

Pensiyaçılara şad xəbər

“Bazarstore”da Ramazan endirimləri başladı - Fotolar

“Putinlə normal münasibətlərimiz olmayacaq”

Türkiyədə serialların hər bölümünə 100 min dollar dəstək veriləcək

Bütün xəbərlər
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728