Xəbərlər
9.10.2026, 01:51
“Kızılcık şerbeti”ndən ayrıldılar
“Kızılcık şerbeti” serialında ssenari heyəti ilə bağlı dəyişiklik baş verib.
"Unikal" xəbər verir ki, ekran işinin ssenaristləri Melis Civelek və Zeynep Gür layihədən ayrılıb.
Müəlliflərlə prodüser şirkəti arasında ssenari prosesində yaşanan fikir ayrılığı səbəbindən qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Serialın yeni ssenaristlərinin kim olacağı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




