İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib

"İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib.

Bəyannamədə deyilir:

"Biz, 7–10 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Bakı şəhərində "İtkin düşmüş şəxslər məsələsinin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin və həllərin işlənib hazırlanması" mövzusunda keçirilmiş Beynəlxalq Konfransın iştirakçıları olaraq, İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində aşağıdakıları bəyan edirik:

- 1949-cu il 12 avqust tarixli müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyalarını və 1977-ci il tarixli Əlavə Protokolları, habelə Birləşmiş Millətlər Təşkilatının itkin düşmüş şəxslərlə bağlı Baş Assambleyasının və Təhlükəsizlik Şurasının qətnamələrini rəhbər tutaraq,

- Silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin qeydiyyata alınması və taleyinin müəyyən edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi ilə bağlı dövlətlərin öhdəliyini xatırladaraq,

- Dünyanın müxtəlif bölgələrində aşkar edilən kütləvi məzarlıqların sayının artmasından dərin narahatlıq ifadə edərək,

- Ailələrin itkin düşmüş yaxınlarının taleyi barədə məlumat almaq hüququnu bir daha təsdiq edərək,

- İtkin düşmüş şəxslərlə bağlı məsələlərin həllinin etimadın yaradılması və barışığın təşviqi, habelə davamlı sülhün bərqərar olması baxımından əhəmiyyətini vurğulayaraq,

- Dövlətlərin beynəlxalq humanitar hüquqa və beynəlxalq insan hüquqları hüququna hörmət etmək və onlara hörməti təmin etmək öhdəliklərini xatırladaraq,

- İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqunun bu humanitar məsələyə dair məlumatlılığın artırılmasına və praktiki əməkdaşlığın təşviqinə verdiyi töhfəni nəzərə alaraq;

şəxslərin itkin düşməsinin qarşısının alınması, itkin düşdüyü barədə məlumat verilmiş şəxslərin axtarılması və taleyinin müəyyən edilməsi, habelə itkin şəxslərin ailələrinə onların taleyi barədə məlumat verilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq.

Dövlətləri itkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi və eyniləşdirilməsi üçün əhəmiyyət kəsb edən bütün mövcud məlumatları, o cümlədən fərdi və kütləvi dəfn yerlərinə dair məlumatları paylaşmağa çağırırıq.

İnsan qalıqlarının təhlükəsiz, ləyaqətli və elmi cəhətdən əsaslandırılmış şəkildə çıxarılmasının, sənədləşdirilməsinin, eyniləşdirilməsinin və qaytarılmasının, habelə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün əhəmiyyət kəsb edən sənədlərin və sübutların qorunub saxlanılmasının vacibliyini vurğulayırıq.

Bir sıra ölkələrdə insan qalıqlarının eyniləşdirilməsi və onların ləyaqətli şəkildə dəfn edilməsinin təmin olunması istiqamətində müvafiq dövlət qurumlarının səylərini təqdir edirik.

Silahlı münaqişə ilə əlaqədar itkin düşdüyü barədə məlumat verilmiş şəxslərin ailələrinin öz yaxınlarının taleyi barədə məlumat almaq hüququnu bir daha təsdiq edirik.

Mina və digər partlayıcı sursatların axtarış və insan qalıqlarının çıxarılması üzrə səylərə maneə yarada bilməsindən narahatlığımızı ifadə edirik.

Dövlətləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarını ən yaxşı təcrübələrin mübadiləsi və texniki tövsiyələrin təqdim edilməsi, o cümlədən məhkəmə-tibbi ekspertiza və digər yeni yaranan texnologiyalardan istifadə etməklə, itkin düşmüş şəxslər məsələsinin həlli istiqamətində əməkdaşlığı gücləndirməyə dəvət edirik.

Həmçinin beynəlxalq təşkilatlara, xüsusilə Birləşmiş Millətlər Təşkilatına, silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər məsələsinin xüsusi olaraq həlli məqsədilə müvafiq mexanizmin yaradılmasına şərait yaratmaqla bağlı çağırışımızı bir daha ifadə edir və bu məqsədlə BMT ilə əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk.

Ailələr üçün cavabların əldə edilməsinə yönəlmiş təcrübə mübadiləsi, etimadın yaradılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsi baxımından getdikcə daha mühüm platformaya çevrilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqunun fəaliyyətini təqdir edirik.

Konfransın təşkilinə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin konstruktiv müzakirəsi üçün platforma yaradılmasına görə Azərbaycan Respublikasının Əsir, Girov və İtkin Düşmüş Şəxslər üzrə Dövlət Komissiyasına minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, 7-8 oktyabrda "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans" keçirilib. Konfransın davamı oktyabrın 9-10-da Qarabağda davam edəcək.

Son xəbərlər

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər

Atambayevin oğlu 4 il müddətinə həbs edildi

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb

Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Antibiotik qəbul edərkən çox şəkər yemək bağırsaqlara zərəri artıra bilər

Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir

Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir

BELA ZƏNGİBASARLI : QOŞULUB PAYIZIN KÜLƏKLƏRİNƏ - FOTO

İlham Əliyev "Avaza" Kompleksinə gəlib

İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031