Xəbərlər
9.10.2026, 04:16
Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)
ğRusiyanın Sankt-Peterburq şəhərinin sakini Qəbələ rayonunda istirahət edərkən bədbəxt hadisə ilə üzləşib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Qəbələ rayonundakı məşhur "Yeddi gözəl" şəlaləsinin yaxınlığında baş verib. Regina adlı turist qız meymunla xatirə şəkli çəkdirmək istəyib. Lakin bu zaman qəfildən qayalardan daş tökülməyə başlayıb.
Ərazidə olan digər turistlər təhlükəsiz yerə qaçmağı bacarsalar da, rusiyalı qız vaxtında yayına bilməyib və iri daş parçalarından biri onun başına dəyib. Zərərçəkən dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb və həkimlər onun baş nahiyəsinə dörd tikiş vurublar.
Həkimlərin sözlərinə görə, şəlalə ərazisində daş uçqunları müntəzəm olaraq baş verir və turistlərin müxtəlif dərəcəli xəsarətlər almasına səbəb olur.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay