Xəbərlər
9.10.2026, 15:00
Vətən qızı Brilyant Atəş : Bayatılar - FOTO
BAYATILAR
Saxladın yaza məni,
Tel etdin saza məni.
Sənə etibar etdim...
Verdin güdaza məni.
Tökülər qar dənəsi,
Görünməz var dənəsi.
Xəstəyə dərman olar,
Çatarsa nar dənəsi.
İgid bağrı yaralı,
Rəngi, ruhu saralı...
Görsəm belim bükülər,
Olursa hər haralı.
Çəməndi gülü solan,
Sünbüldü saçın yolan.
Nə qədər yaşasaq da
Olacaq sonda yalan.
Biz hələ yaşayırıq,
Dağ yükü daşıyırıq.
Özümüzə kor olub
Yad başı qaşıyırıq.
Dağtək yarıla dünya,
Sutək durula dünya,
Bizi yorğun salacaq...
Sanma yorula dünya.
Dünyanın tər sinəsi,
Olubdur vər sinəsi.
İnsana yurd verilib
Allahdan, hər sinəsi.
Gecə gündüz aktıdı,
Şah oturan taxtıdı,
On ikiyə yol gedir,
Sehran, yatmaq vaxtıdı.
Dərdin dərəsi könlüm,
Uçub bərəsi, könlüm.
Çaqqal ulaşır, gəlmir
Aslan nərəsi, könlüm.
İpək lələkli dünya,
Haqdan bələkli dünya,
Süfrəsi allı, güllü
Duzlu, çörəkli dünya.
Sevdim dəftər, qələmi,
Tutdum sözdən şələmi.
Mən yazıram, oxucu,
Oxuyurlar beləmi?
08.10.2026.
Cinaslı bayatılar.
Dindi yara...
Deyirəm dindi yara.
Loğmanı quşa döndü
Ağrıdan dindi yara.
Dərddə məni...
Üzdürdü dərddə məni.
Poladdan tökülmüşəm
Əyəmməz dərd də məni.
Dərdi mindi...
Dərd gəldi dərdi mindi.
Ağlayanın bir dərdi
Gülənin dərdi mindi.
Qurd əməni...
Əmmişəm qurd əməni.
Yaşıl yarpaq eylədi
Yem etdi qurda məni.
Bölündü...
Dörd ikiyə bölündü.
Qarnından çıxıb qada
Bacarırsan böl indi.
Yar dinə...
İnsaf edə, yar dinə.
Yaram qıraqda qalıb
Zalım təbib yardı nə?
Kirişdi...
Səs eşitdi, kirişdi.
Əlçimi ip eyləyən
Cəhrədə iy, kirişdi.
Cəftə məni...
Emal et, cəftə, məni.
Balam açan qapıya
Eyləynən cəftə məni.
09.10.2026.
Saxladın yaza məni,
Tel etdin saza məni.
Sənə etibar etdim...
Verdin güdaza məni.
Tökülər qar dənəsi,
Görünməz var dənəsi.
Xəstəyə dərman olar,
Çatarsa nar dənəsi.
İgid bağrı yaralı,
Rəngi, ruhu saralı...
Görsəm belim bükülər,
Olursa hər haralı.
Çəməndi gülü solan,
Sünbüldü saçın yolan.
Nə qədər yaşasaq da
Olacaq sonda yalan.
Biz hələ yaşayırıq,
Dağ yükü daşıyırıq.
Özümüzə kor olub
Yad başı qaşıyırıq.
Dağtək yarıla dünya,
Sutək durula dünya,
Bizi yorğun salacaq...
Sanma yorula dünya.
Dünyanın tər sinəsi,
Olubdur vər sinəsi.
İnsana yurd verilib
Allahdan, hər sinəsi.
Gecə gündüz aktıdı,
Şah oturan taxtıdı,
On ikiyə yol gedir,
Sehran, yatmaq vaxtıdı.
Dərdin dərəsi könlüm,
Uçub bərəsi, könlüm.
Çaqqal ulaşır, gəlmir
Aslan nərəsi, könlüm.
İpək lələkli dünya,
Haqdan bələkli dünya,
Süfrəsi allı, güllü
Duzlu, çörəkli dünya.
Sevdim dəftər, qələmi,
Tutdum sözdən şələmi.
Mən yazıram, oxucu,
Oxuyurlar beləmi?
08.10.2026.
Cinaslı bayatılar.
Dindi yara...
Deyirəm dindi yara.
Loğmanı quşa döndü
Ağrıdan dindi yara.
Dərddə məni...
Üzdürdü dərddə məni.
Poladdan tökülmüşəm
Əyəmməz dərd də məni.
Dərdi mindi...
Dərd gəldi dərdi mindi.
Ağlayanın bir dərdi
Gülənin dərdi mindi.
Qurd əməni...
Əmmişəm qurd əməni.
Yaşıl yarpaq eylədi
Yem etdi qurda məni.
Bölündü...
Dörd ikiyə bölündü.
Qarnından çıxıb qada
Bacarırsan böl indi.
Yar dinə...
İnsaf edə, yar dinə.
Yaram qıraqda qalıb
Zalım təbib yardı nə?
Kirişdi...
Səs eşitdi, kirişdi.
Əlçimi ip eyləyən
Cəhrədə iy, kirişdi.
Cəftə məni...
Emal et, cəftə, məni.
Balam açan qapıya
Eyləynən cəftə məni.
09.10.2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



