Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Xeyirxah basqallılar

Xeyirxahlıq insani keyfiyyətlərdən biridir, insanlar arasındakı münasibətlərdə təzahür edir və heç bir təmənna, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır.
Allah ruzini bizə verir ki, onu paylaşmağı, ehtiyacı olanla bölməyi də unutmayaq. Unuduruqsa, bu insan olsaq da insaniyyətdən xəbəri olmamaq deməkdir bizim üçün. Ona görə ki, əgər xeyirxahlıq məhfumu olmasaydı, insanlıq da olmazdı.
Xeyirxahlıq və yardım həm maddi, həm də mənəvi olur. Yardımlaşmanın ən qiymətlisi mənəvi yardımlaşma hesab olunur. Bu gün dünyada insanlar maddi vəziyyəti pis olanlar, həmçinin müharibədən, təbii fəlakətdən zərər çəkən insanlara yardım etmək üçün müxtəlif cəmiyyətlər, təşkilatlar qururlar. Təbii ki, bu cür işlərin həyata keçirilməsi çox faydalıdır.

Unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu təlqin etməkdən ibarətdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığın cəmiyyətin ən layiqli üzvünə çevirir. Bir çox savab iş görüb xeyirxahlıq edərək əsl insanlıq nümayiş etdirən basqallılar da bineyi-qədimdən bütün insani keyfiyyətləri özlərində əks etdiriblər. Onların gördükləri xeyir işlərin sayı-hesabı yoxdur. Onlar bir çox ehtiyac sahiblərinə, eləcə də köməyə ehtiyacı olan hər kəsə öz səlahiyyətləri çərçivəsində istənilən köməkliyi göstərmiş və hər zaman əllərindən gələn heç bir şeyi əsirgəməmişlər.
Allah buyurub: "Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin". O bununla möminləri yaxşılıq və gözəlliyə səsləyir, xeyirli işlərdə çiyin-çiyinə verməyə çağırır. Dolayısı ilə insanlar qonşuları və müştəriləri ilə yaxşı rəftar edəcək, onların köməyə ehtiyacı olanda da əlindən gələni əsirgəməyəcək. Heç kim başqasının arxasınca quyu qazmayacaq, özü üçün Allahdan nə istəyirsə, dostları və qardaşları üçün də istəyəcək. Çünki bu fəzilətlər imanın kamalına işarə edir.
Allah Quranı-Kərimdə dəfələrlə buyurur ki, Allahın sizə verdiyindən siz də ehtiyac sahiblərinə verin. Dinimizdə yardımlaşmanın zəkat, infaq, sədəqə, borc, mömin qardaşının maddi-mənəvi bir problemini aradan qaldırmaq, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmək kimi müxtəlif formaları var. Bu insani keyfiyyətlər basqallılara dəd-babadan keçmədir.
Əvvəlcə qeyd edim ki, Basqalda kənarda yaşayan bir sıra basqallı təşkilatmaq üçün qrup yaradıb. Yarandığı gündən bu yana, təqribən 20 ay ərzində qrup xeyli iş görməyə müvəffəq olub.
Belə ki, ilk növbədə dana kəsib imkansızlara paylaşdırılması işinin öhdəsindən layiqincə gəlib. Bundan ruhlanan qrup Basqalın girəcəyindəki “Otay” adlı qəbiristanlığının hər iki qapısını təmir etdirib xüsusi formaya salıb.
Bundan başqa qrup üzvləri dünyasını dəyişmiş 16 kənd sakininin ailəsinə, o cümlədən hər ay 31 imkansız ailəyə yardım təşkil edib. Qrup üzvləri Basqalın əsas hesab edilən “Düzən” qəbiristanlığının hasarını dəyişdirib, setkanı dəmir hasarla əvəzləyib. Bu işin həyata keçirilməsində yerli xeyirxah insanlar Tofiq Famil oğlu Cəbrayılovun və Elzar Abduləli oğlu Ağayevin əməyi çoxdur.
Basqaldan dostum Sadiq Musayevin verdiyi məlumata görə, “Düzən” qəbiristanlığının Tağlabiyan kəndinə uzanan yol istiqamətindəki hasarının bərpasında qəsəbənin axundu Həsən Abdullayevin təşkilatçılığı böyük rol oynayıb. Belə ki, axund H.Abdullayev öncə rəhmətə getmiş valideyinlərinin və yaxin qohumlarının , habelə dayısıgilin, bibisi oğlu Heydərin, xalası oğlu Əlyarın (Əliş), dayısı oğlu Taqət Əli oğlu, bibisi oğlu Eldəniz, Fəxrəddin,Tarverdi, Musagilin qəbirlərinin hasara alınması işini yüksək səviyyədə təşkil edib. Bu xeyirxah işə qoşulmaq istəyənlər çoxdur. Odur ki, uğurla başlanılmış bu xeyirxahlığın davam etdirilməsi üçün digər qəbirlərin hasarlarının dəyişdirilməsi yönündə də işlər görüləcək. Onu da öyrəndik ki, basqallıların fikri budur ki, qəbiristanlıqda ayrı-ayrı dəmir hasarlara ehtiyac yoxdur. Axund H.Abdullayev Basqal camaatından xahiş edir ki, öz doğmalarının məzarlarına bir baxış təşkil etsin və hasarlarının sökülməsi işini həyata keçirsinlər. Əgər qəbiristanlığın ümumi hasarı normal vəziyyətə salınırsa, ortada ayrı-ayrı hasarlara ehtiyac yoxdur.
Bu xeyirxah işlər mütəmadi olaraq davam etdirilir. Rəhmətlik Ədalət İsmayılovun oğlanları Nağı, Tağı, Əlibəy və Orxan İsmayılovlar bu ilin axır çərşənbəsi günündə şəkisi 100 kq-dan çox olan dana kəsib qəsəbənin ehtiyacı olan ailələrinə paylamışlar.
Mən özüm Basqalda olarkən həmin “Düzən” qəbiristanlığında aparılan abadlıq işlərinin şahidi olmuşdum. Belə ki, rəhmətlik Səlim müəllimin oğlu Ələsgər Şirinov özünün vəsaiti hesabına qəbiristanlığı iki yerdən ayıran dərənin üstündən nəhəng körpü inşa etdirib. Kənardan baxanda bu körpünün təkcə qəbiristanlığa yox, bütövlükdə Basqala yaraşıq verdiyinin şahidi olmaq olar. Gecələr həmin körpünün üstündəki işıqlar bərq vurur.
Bu qrupun işindən öncə Basqalda Elzar Ağayevin rəhbərlik etdiyi qrup da mövcud idi, onlar da Basqalın abadlaşması işinə xüsusi xidmət edirdi. Dövlətimiz Basqalın abadlaşdırılması, qəsəbənin müasirləşdirilməsi işinə başlamazdan öncə xeyli iş görmüşdülər. Ona görə deyirəm ki, xeyirxahlıq, nəciblik basqallıların qanlarında, canlarında, ruhlarında var.
İnanırıq ki, keçmişi şöhrətli olan basqallıların nəcib işlərini bügünkü nəsil ləyaqərlə davam etdirəcək, "Basqal" qrupunun işinə təkan verəcək, qrup üzvlərinin sayının artmasına təkan verəcək.
Bəndəyə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar. Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) bu həqiqəti bir hədisində belə bəyan edir: "Kim bir bəndənin dünyəvi dərdini aradan qaldırsa, Allah da onun üxrəvi dərdini aradan qaldırar. Kim dara düşmüş bir adamın dadına çatsa, Allah da onu dünyəvi və üxrəvi çətinliklərdən qurtarar. Kim bir bəndənin ayıbını örtsə, Allah da onun dünyadakı və axirətdəki ayıblarını örtər. Bəndə bəndəyə yardım etdikcə Allah da o bəndəyə yardım edər".
Yaxşılıq edək, əldən tutaq və əmin olaq ki, bu əməllərimizin əvəzini mütləq artığı ilə görəcəyik.
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR
Daşdəmir Əjdəroğlu: Xeyirxah basqallılar - FOTOLAR

Son xəbərlər

MSK bu ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub

İtkin düşən aktyor ölü tapıldı

Rusiyanın müdafiə naziri Azərbaycana səfər edə bilər

Belçikada qatarla avtobus toqquşdu - Ölənlər var

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir

“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi

“Arka sokaklar”la bağlı qərar dəyişdi

Hakan Fidanı canlandıracaq

BELA ZƏNGİBASARLI : ŞƏFALI ƏLLƏRİNİZ VAR OLSUN, QURBAN HƏKİM! - FOTO

Sabah 30 dərəcə isti gözlənilir

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək

Sahibə Qafarova: WUF13-ün uğurla keçirilməsi İlham Əliyevin siyasətinin müsbət nəticəsidir

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Qurban bayramı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Gürcü nazir müavini: Bakı-Tbilisi qatarları qarşılıqlı turist axınlarını artıracaq

Ağdam şəhərinə daha 417 nəfər köçüb

HƏSRƏTİN KÖLGƏSİNDƏ YAŞAYAN MİSRALAR... - FOTO

"Tottenhem" onu hədəfə aldı

Tanınmış aktyor vəfat etdi - Foto

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır

Hamı bu tarixi gözləyir...

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

Pezeşkian həmin qərarı təsdiqlədi

Bu xəstəxanaya yeni direktor təyin edildi

Doğum gününüz mübarək, Etibarr xanım! - FOTO

Lavrov Rubio ilə müzakirə apardı

Bu kreditlərin faizləri subsidiyalaşdırılacaq

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031