
Xəbərlər
21.06.2024, 01:33
BİZİM FƏDAKAR ŞELLİ XANIM - FOTOLAR
BİZİM FƏDAKAR ŞELLİ XANIM
Ulu Tanrı yaşadığımız Yer kürəsini yaradanda insanları bir gözlə görüb. Günəşi, Ayı, təbiəti, bir sözlə, bütün nemətləri hamı üçün bəxş edib. Çox təəssüf ki, insanlar əsrlər boyu bu həqiqəti anlamayıb, illər uzunu müharibələr aparıb, qırğınlar törədiblər. Və bu hadisələrə şahidlik edə-edə gəlib sosial şəbəkələrin meydan suladığı dövrə çıxmışıq.
Müasir dünyanın gedişatını sosial şəbəkələrsiz təsəvvür etmək çətindir. Məhz bu təbriki də sosial şəbəkə vasitəsilə səbəbkara ünvanlayıram. Həmin səbəbkarlın bu gün yubiley yaşıdır. Azərbaycan qadını müxtəlif statuslar daşıyır. Onların ömrü ana, bacı, həyat yoldaşı, evdar qadın, ictimai xadim kimi mərhələlərə bölünür. Bütün bu mərhələlərin bir ortaq məxrəci var – fədakarlıq! Həyatımızda nə qədər müasirləşmə getsə də, Azərbaycan qadınının fədakarlığının mahiyyəti dəyişməyib.
Xüsusilə də ölkəmiz müstəqilliyini bərpa etdiyi dönəmdə bu fədakarlıq daha qabarıq nümayiş olundu. Dövlət müstəqilliyimizin ilk illərində atalarını, qardaşlarını, ərlərini Vətən uğrunda döyüşə göndərən Azərbaycan qadını, 30 il sonra oğullarını da bu şərəfli missiyanın arxasınca göndərdi.
Həmin şərəfli qadın adını daşıyanlardan biri də - səbəbkar Şelli xanımdır. O Şelli xanım ki, pedaqoq kimi cəmiyyətdə müəyyən mövqeyi, müsbət imici var. Uzun müddətdir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında çalışır. Gələcəyimizin sağlam ruhda böyüməsi, yetişməsi, kamil vətəndaş kimi formalaşması üçün əlıindən gələni əsirgəmir. Onun bu xüsusiyyətlərinin arxasında fədakarlığı dayanır. Belə fədakarları olan bir ölkənin qadınları ilə fəxr etməyə dəyər. Tarixən həlledici məqamlarımızın kökündə də qadın fədakarlığı dayanıb. Tanrı Azərbaycanın ali məqsədlər uğrunda fədakarlığını əsirgəməyən qadınlarımızı qorusun!
Şelli xanım o qadınlardandır ki, missiyasını hələ bitirməyib. Çalışdığı hər sahədə öz sözünü deməyi bacarır. Xüsusən ictimaiyyət arasında əlaqələrin qurulmasında, insanların müəyyıən tədbirlərə səfərbər edilməsində onun müstəsna xidməti, əvəzsiz əməyi var. Pedaqoq adını qazanmaq çətin olduğu qədər, şərəfli və məsuliyyətlidir. Sizə bu yolda uğurlar arzulayırıq. Yubiley yaşınız mübarək olsun, hörmətli və sevimli Şelli xanım.
Və sonda;
Bu gün sənin yaşındır,
Bu şeir göz yaşındır,
Bu şeir söz yaşındır
ürəyimdən axaraq
gözlərimdən süzülür.
Bu gün sənin yaşındır,
Göz ağlayır, göz gülür.
Gözün kədər yaşları,
Sevinc yaşları da var,
Gözlərimdən həm sevinc,
Həm də kədər damcılar…
Bu şeir göz yaşındır,
Bu şeir söz yaşındır
ürəyimdən axaraq
gözlərimdən süzülür.
Bu gün sənin yaşındır,
Göz ağlayır, göz gülür.
Gözün kədər yaşları,
Sevinc yaşları da var,
Gözlərimdən həm sevinc,
Həm də kədər damcılar…
Dostların adından Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

















