Rauf İLYASOĞLU  : KİTABIN TOZUNU UDDUQCA
Otuz ildən artıqdır ki, revmatizma və podaqra ilə mübarizə aparıram. Müxtəlif reabilitasiya mərkəzlərində mütəmadi müalicə almışam. Havaların soyuduğu aylarda dizlərim tutulur, əllərimin sümüklərində sızıltılar artır. Həkimlərin məsləhəti ilə podaqranın qarşısını almaq üçün uzunmüddətli dərman müalicəsi alıram.

Hazırda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda stasionar müalicə olunuram. Dizlərimdəki problemlərlə əlaqədar müxtəlif fizioterapiya, lazer şüası və digər prosedurlardan keçirəm. Artıq beş gündür müalicəm davam edir.
Bu dəfə müalicə aldığım müəssisədə məni başqa bir aləm də özünə çəkdi – kitabxana.


İnstitutun kitabxanası ilə tanış olarkən sanki ağrılarımı bir anlıq unutdum. Rəflərdə sıralanan kitablar insanda xoş ovqat və mənəvi rahatlıq yaradır. Burada on mindən çox tibbi, elmi və bədii kitabın qorunduğunu öyrəndim. Bu, sadəcə böyük bir kitab fondu deyil, həm də qiymətli mənəvi xəzinədir.
Kitabxananın direktoru Rüsxanə İsmayılova bizi mehribanlıqla qarşıladı. Elmi şöbənin tərcüməçisi Səbinə Süleymanova, kitabxanaçı Yavər Ağamalıyeva isə səmimi münasibətləri ilə xoş təəssürat yaratdılar. Onların kitaba və oxucuya olan münasibəti təqdirəlayiqdir.
Mən də “Ömür yollarım” şeirlər kitabımı kitabxananın fonduna hədiyyə etdim. Kitabımın burada özünə yer tapması məni ürəkdən sevindirdi. Bir müəllif üçün yazdığı kitabın kitabxanaya qəbul olunması onun əməyinə verilən mənəvi qiymətdir. Bu xoş görüşü xatirə şəkli ilə də əbədiləşdirdik.
Kitabxana ilə tanışlıq məndə bir daha belə qənaət yaratdı ki, kitabxanalara diqqət və qayğı daim artırılmalıdır. Çünki kitabxanaçı sadəcə kitab verib-alan əməkdaş deyil, elmin, ədəbiyyatın və mənəviyyatın keşikçisidir.

Vaxtilə kitabxana işçilərinə iş şəraitinin xüsusiyyətləri nəzərə alınaraq süd verilməsi ənənəsi də olub. Bunun əsas səbəblərindən biri onların uzun müddət kitab, kağız və tozlu mühitdə işləməsi idi. Bu ənənənin müasir formada yenidən tətbiqi barədə düşünmək, ən azı kitabxana əməkdaşlarının sağlamlığına və sosial təminatına xüsusi diqqət göstərmək faydalı olardı.
Axı kitabın tozunu udmaq da bir zəhmətdir. O tozun içində neçə-neçə alimin biliyi, şairin duyğusu, yazıçının düşüncəsi, xalqın yaddaşı yaşayır.
Bu gün elektron informasiya vasitələri geniş yayılsa da, kitabın və kitabxananın dəyəri azalmır. Əksinə, insanı kitabla üz-üzə gətirən belə məkanların qorunmasına və inkişafına daha böyük ehtiyac var.
Mən bu gün burada yalnız müalicə almıram. Kitabların arasında mənəvi rahatlıq da tapıram.
Bədənə dərman, ruha isə kitab lazımdır.

Son xəbərlər

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Azərbaycanda ov mövsümü açılır

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Sözə sədaqətin yolu - FOTOLAR

Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

MƏN BASQALIM ÜÇÜN NƏ ETMİŞƏM? - FOTOLAR

Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib

EY HƏYAT, SƏN NƏ QƏRİBƏSƏN... - FOTOLAR

Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib

"MÜCİRƏDDİN BEYLƏQANİ" ƏDƏBİ MƏCLİSİNDƏ ŞAİR ARZU TAHİRQIZİ İLƏ GÖRÜŞ - FOTOLAR

Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək

Ceyhun Bayramov MDB XİN Şurasının iclasında iştirak üçün Türkmənistana yola düşüb

Əli Nağıyev: Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb

Tramp: ABŞ-a İran nefti lazım deyil

Tramp Ukraynadakı münaqişənin tezliklə başa çatacağını düşünür

Millətlər Liqasında IV tura yekun vurulub

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

Kəmaləddin Heydərov polkovniki vəzifəsindən azad etdi - FOTO

İspaniya Xorvatiyanı məğlub etdi

Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi

“Düşünürdüm ki, bu mənim üçün ən asanı olacaq” - Tramp

Zeynəb Cəmaləddin : Aman Rəbbim, qoru məni bu gözdən - FOTO

SÖZÜN İÇİNDƏ YAŞAYAN QADIN

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031