Turaztv.az » Xəbərlər » Zeynəb Cəmaləddin : Aman Rəbbim, qoru məni bu gözdən - FOTO
Xəbərlər

Zeynəb Cəmaləddin : Aman Rəbbim, qoru məni bu gözdən - FOTO

07.10.2026, 00:47 5

HÖRÜMÇƏK
(Qoşaqafiyəli beşlik təcnis)
Baxışların tel-tel olub tellənir,
Gözlərimlə hörükləyim, hörüm, çək.
Şəfəqləri gümüş-gümüş tellənir,
Bəbəklərin tordu, gözün hörümçək.
Aman Rəbbim, qoru məni bu gözdən.

Ayrılığın dağ yağı bir ayrı dağ¹,
Aylar ayrı, illər ayrı - ayrı dağ.
Üz tutduğum uca dağlar ayrı dağ,
Həsrətini naxış-naxış hörüm, çək²,
Rəsmin üstə düzsün incili göz³, dən.

Gör ələndi saçlarıma nə dənlər,
Gözlərimdən bax su içir, nə dənlər.
Könül quşum o dənləri nə dənlər,
İnci-inci qəm sarayı hörüm, çək⁴,
Sil bu qəmi hər odadan, hər gözdən.


25.09.2024
¹ qaynar, dağ olmuş yağ
² rəsmini çək
³ göz yaşı ilə dolmuş gözlər
⁴ qəm çəkmək

Oxşar xəbərlər