Xəbərlər
İnsanlar süni intellektə bağlanır, canlı ünsiyyətdən uzaqlaşır? - XƏBƏRDARLIQ
Süni intellekt texnologiyalarının gündəlik həyatda geniş yayılması insanların ünsiyyət vərdişlərinə də təsir göstərir. Bəzi insanlar şəxsi problemlərini bölüşmək, məsləhət almaq və emosional dəstək görmək üçün real insanlarla söhbət etmək əvəzinə süni intellekt çatbotlarına müraciət edirlər. Bu texnologiyalar müəyyən hallarda tənhalıq hissini azaltsa da, onlarla həddindən artıq ünsiyyət real sosial münasibətlərin zəifləməsi və emosional asılılıq kimi risklər yarada bilər.
Bəs, insanların süni intellektlə emosional bağ qurması və real ünsiyyəti ikinci plana keçirməsi cəmiyyətdə tənhalığın və sosial təcridin artmasına səbəb ola bilərmi? Xüsusilə gənclərdə süni intellektə bağlılığın yaranması onların ünsiyyət bacarıqlarına, davranışlarına və psixoloji inkişafına necə təsir göstərə bilər? Bu risklərin qarşısını almaq üçün ailələr, təhsil müəssisələri və cəmiyyət hansı addımları atmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, süni intellekt son dövrlərdə cəmiyyətin sosial strukturunda, insanların fəaliyyətində və sosial institutların işində, xüsusilə gənclər arasında, təhsildə, elmdə, hətta ailə-məişət münasibətlərində mühüm rol oynamağa başlayıb. Demək olar ki, bu texnologiya insan münasibətlərində sosiallaşma meyllərini belə təhdid altına ala bilən amilə çevrilir.
"Süni intellektə bağlılığın yaranması müasir dövrün qlobal trendləri və tələbatı ilə əlaqədardır. Lakin nəzərə almalıyıq ki, getdikcə bu sahədə yeni proqramlar meydana çıxır və onların bəziləri insanları bir-birindən uzaqlaşdırır, emosional gərginliyi artırır. Hətta insanlar ailə-məişət münasibətlərində qarşılaşdıqları problemləri belə süni intellekt vasitəsilə həll etməyə çalışırlar. Xüsusilə tibbi məsələlərlə bağlı süni intellektdən məsləhət alanların sayı artır. Verilən cavablar isə insanların emosional vəziyyətinə dərhal təsir göstərə, onlarda narahatlıq və aqressiv reaksiyalar yarada bilər.
Bu baxımdan hesab edirəm ki, insanlar süni intellektdən istifadə zamanı həddindən artıq aludəçilikdən çəkinməlidirlər. Belə bağlılıq ailə münasibətlərində şəxsi ünsiyyəti zəiflədir. Süni intellektdən həddən artıq istifadə gənclərdə düşünmək, qərar vermək və kreativ fikirlər formalaşdırmaq kimi bacarıqların inkişafına da mənfi təsir göstərə bilər. Xüsusilə yeniyetməlik və gənclik dövrü yaradıcılıq potensialının üzə çıxdığı mərhələdir. Bu yaşlarda süni intellektə həddindən artıq güvənmək gənclərin öz potensialını ortaya qoymasına mane ola, düşünmək, təhlil etmək və məntiqi fikir söyləmək bacarıqlarını zəiflədə bilər.
Bu problemin qarşısını almaq üçün ilk növbədə məktəblərdə süni intellektdən istifadəyə dair müəyyən metodikalar hazırlanmalıdır. Gənclərin və azyaşlıların bu proqramlardan həddindən artıq istifadəsini məhdudlaşdıran mexanizmlərin yaradılmasına ehtiyac var. Məsələn, onların həftə ərzində və ya ay ərzində bu proqramlardan istifadə müddətinə müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Düşünürəm ki, bu cür tədbirlər süni intellektdən həddindən artıq istifadənin yaratdığı problemlərin müəyyən dərəcədə qarşısını ala bilər. Bütövlükdə bu prosesin tamamilə qarşısını almaq mümkün olmasa da, onun mənfi təsirlərini azaltmaq mümkündür.
Bəzi tədqiqatçıların fikirlərinə görə, insanların süni intellektə daha çox müraciət etməsi ailə və şəxsi münasibətlərlə bağlı məsələlərdə də özünü göstərir. Əvvəlki dövrlərlə müqayisədə insanlar bir-biri ilə daha az ünsiyyət qururlar. Demoqrafik dəyişikliklər, ailələrin tərkibinin kiçilməsi də bu prosesə təsir edən amillərdəndir. Əvvəllər çoxuşaqlı ailələrdə insanlar problemlərini bir-biri ilə müzakirə edir, xüsusilə yaşlı nəslin nümayəndələri ilə fikirlərini bölüşür və onlardan məsləhət alırdılar. İndi isə insanlar başqalarından məsləhət almağa o qədər də meyilli deyillər. Öz fikirlərini şəxsi ünsiyyət zamanı bölüşməkdənsə, daha çox sosial media vasitəsilə ifadə etməyə üstünlük verirlər. Bütün bu amillər süni intellektə müraciət ehtiyacını da artırır.
Bir məqamı da nəzərə almaq lazımdır ki, adından da göründüyü kimi, süni intellektin qarşısında "süni" sözü dayanır. Onu canlı insan intellektindən fərqləndirmək vacibdir. İnsanların canlı ünsiyyət və fikir mübadiləsi aparmaq, müzakirələrdə iştirak etmək əvəzinə həkim, ailə və təhsil məsələlərində süni intellektə daha çox üstünlük verməsi gələcəkdə insanlar arasında intellektual ünsiyyətin və canlı fikir mübadiləsinin azalmasına səbəb ola bilər".