Hamiləliyə və doğuma görə müavinətin təyin edilməsi və ödənilməsi qaydaları yenilənib. Yeni tələblərə əsasən, müavinətin təyin olunması üçün işəgötürən tərəfindən hamiləliyə və doğuma görə məzuniyyət əmrinin Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil edilməsi əsas şərtdir.

Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”na edilmiş dəyişikliklərə əsasən, hamiləliyə və doğuma görə müavinət sığortaedən tərəfindən ƏMAS-a müvafiq məzuniyyət əmri daxil edildikdən sonra sistemdəki məlumatlar əsasında təyin edilir.

Beləliklə, əvvəlki dövrlərdə tətbiq olunan müavinət komissiyasının protokoluna artıq ehtiyac yoxdur. Kağız formada hazırlanmış əmrin dövlət qurumuna təqdim edilməsi əvəzinə, məzuniyyət əmri ilk növbədə ƏMAS-da rəsmiləşdirilməlidir.

Qaydalara əsasən, hamiləliyə və doğuma görə məzuniyyət əsas və əlavə əmək məzuniyyəti, qismən ödənişli sosial məzuniyyət və ya ödənişsiz məzuniyyət dövrünə təsadüf etdikdə belə, həmin məzuniyyətə düşən bütün təqvim günləri üçün müavinət ödənilir.

Müavinətin hesablanması əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı tətbiq edilən düsturlar əsasında aparılır və 100 faiz miqdarında ödənilir. Əvvəlki ardıcıl 4 rüb üzrə əmək fəaliyyəti olmadıqda isə hesablanma minimum əməkhaqqı əsasında həyata keçirilir.

Qismən ödənişli sosial məzuniyyətdə olan işçi növbəti övladını dünyaya gətirdikdə və sığorta hadisəsindən əvvəlki ardıcıl 4 rüb ərzində həmin məzuniyyətdə olduqda, müavinətin hesablanması minimum əməkhaqqı əsasında aparılacaq.

Qaydalar əsas və əlavə iş yerləri üzrə hesablamaları, çıxılan günlərlə bağlı tələbləri və 180 gün ərzində yenidən hesablama mexanizmini də nəzərdə tutur.

Digər mühüm dəyişiklik isə müavinətin maksimum həddi ilə bağlıdır. Hamiləliyə və doğuma görə müavinətin aylıq məbləği minimum əmək pensiyasının 25 mislindən artıq ola bilməz.

Hazırda minimum əmək pensiyası 320 manat olduğundan, hamiləliyə və doğuma görə müavinətin aylıq maksimum məbləği 8 000 manat təşkil edir.

Qaydaların digər müddəalarına əsasən, muzdlu işçi cəlb etməyən fərdi sahibkarlara hamiləliyə və doğuma görə müavinət proaktiv qaydada təyin edilmir. Bunun üçün fərdi sahibkar müəyyən edilmiş formada müraciət etməlidir.

Müavinətin ödənilməsi üçün sığorta hadisəsinin baş verdiyi aydan əvvəlki son 4 rübün ən azı 6 ayında məcburi dövlət sosial sığorta haqqının qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməsi, sığorta hadisəsi baş verdiyi tarixdə sosial sığorta haqqı üzrə borcun olmaması və fəaliyyətin müvəqqəti dayandırılması tələb olunur.

Hamiləliyə və doğuma görə müavinət alan qadın fərdi sahibkar sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Bu halda vergi ödəyicisinin fəaliyyəti müvəqqəti dayandırılmalıdır.

Son xəbərlər

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Azərbaycanda ov mövsümü açılır

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Sözə sədaqətin yolu - FOTOLAR

Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

MƏN BASQALIM ÜÇÜN NƏ ETMİŞƏM? - FOTOLAR

Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib

EY HƏYAT, SƏN NƏ QƏRİBƏSƏN... - FOTOLAR

Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib

"MÜCİRƏDDİN BEYLƏQANİ" ƏDƏBİ MƏCLİSİNDƏ ŞAİR ARZU TAHİRQIZİ İLƏ GÖRÜŞ - FOTOLAR

Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək

Ceyhun Bayramov MDB XİN Şurasının iclasında iştirak üçün Türkmənistana yola düşüb

Əli Nağıyev: Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb

Tramp: ABŞ-a İran nefti lazım deyil

Tramp Ukraynadakı münaqişənin tezliklə başa çatacağını düşünür

Millətlər Liqasında IV tura yekun vurulub

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

Kəmaləddin Heydərov polkovniki vəzifəsindən azad etdi - FOTO

İspaniya Xorvatiyanı məğlub etdi

Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi

“Düşünürdüm ki, bu mənim üçün ən asanı olacaq” - Tramp

Zeynəb Cəmaləddin : Aman Rəbbim, qoru məni bu gözdən - FOTO

SÖZÜN İÇİNDƏ YAŞAYAN QADIN

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031