Oktyabrın 8-də Azərbaycan Milli Elmlər Aka­demiyasında (AMEA) Gürcüstan Respublikasının Əmək­dar Mədə­niyyət işçisi, ustad aşıq Hüseyn Saraçlının 110 illik yubile­yinə həsr olunmuş "AŞIQ YARADICI­LIĞI: TƏŞƏK­KÜLÜ, İN­KİŞAF MƏRHƏLƏLƏRİ VƏ MÜASİR İSTİQA­MƏT­LƏ­Rİ" mövzusunda Beynəlxalq Elmi Konfransı öz işinə başlayacaq.

Azərbaycan Mədəniy­yət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Nizami Gəncəvi adına Ədə­biyyat İnstitutu, AMEA Nəsimi adına Dilçilik İnsti­tutu, AMEA Folklor İnstitutu və Azərbay­can Aşıqlar Birliyinin birgə dəstəyi ilə təşkil olunan Konfransın Ple­nar iclası AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Akademiklər zalında keçiriləcək. Sonra konfrans öz işini 8 bölmədə davam etdirəcək.
Konfransın məsul katibi - Filologiya üzrə fəlsəfə doktoru
Müşfiq Borçalı bildirib ki, konfransda Azərbaycan ailimləri ilə yanaşı, Gürcüstan Elmlər Akademiyasının, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun, Türkiyənin Çanakkale On­sekiz Mart Üniversitesinin, Erzincan Binali Yıldırım Universitesinin, Bursa Uludağ Unuversite­tinin, Erdahan Universitetinin, eləcə də, Almaniya, Bolqarstan və Orta Asiya respublikalarının, həm­çinin, digər dövlətlərin alimləri də yaxından iştirak edəcəklər.
Bir sözlə,
100-dən çox məruzə dinlənilərək müzakirə olunacaq.
Onu da qeyd edək ki, konfrans çərçivəsində F.ü.f.d. Müşfiq Borçalının "Aşıq Hüseyn Sa­raçlı və onun Yaylaq səfəri" adlı kitabı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gən­cəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.
Kitabın Elmi məsləhətçi: AMEA-nın prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu­nun di­rektoru Akademik İSA HƏBİBBƏYLİ, Redaktoru: Əməkdar İncəsənət xadimi, Siyasi elmlər üzrə fəl­səfə doktoru İSMAYIL ÖMƏROV, Rəyçilər: Filologiya elmləri doktoru, professor MAH­MUD ALLAHMANLI, Filologiya elmləri doktoru ŞAKIR ALBALIYEVdir. İlk nəşri 2011-ci ildə işıqüzü görmüş bu kitabda tədqiqatçı-filo­loq Müşfiq Borçalı görkəmli saz­-söz ustadı Aşıq Hüseyn Saraçlı­nın hə­yatı və yaradıcılığı haq­qında ət­raflı məlumat verir, aşı­ğın bö­yük oğlu İsfəndiyar Hə­sənovdan əl­də et­diyi "Aşıq Hüseyn Saraçlının "Yay­­laq səfəri" adlı bir dastanı­nı, Azərbaycanın Xalq şairi Zəlimxan Ya­qubun "Aşıq Hüseyn Saraçlı" və şair Nizami Saraçlının Ustad aşı­ğa həsr et­diyi "Yalan ola ayrılıq!" poemalarını müəlliflərin dilinə to­xun­ma­dan oxuculara təqdim edir. İnanırıq ki, unu­dul­maz sə­nət­ka­rı­mı­zın bir çox das­­tan­ları ki­mi, bu kitabın ilk nəş­rinədək heç yer­də çap olun­ma­mış həmin dastanı da, eləcə də, ustad aşı­ğın 95 illik yu­bi­le­yinə həsr olun­muş həmin ki­tabın yeni nəşri bütövlükdə, Ustadın 110 illik yu­bi­leyi ərəfəsində oxu­cular tərə­findən rəğ­bətlə qarşı­la­na­caq.

Son xəbərlər

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Azərbaycanda ov mövsümü açılır

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Sözə sədaqətin yolu - FOTOLAR

Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

MƏN BASQALIM ÜÇÜN NƏ ETMİŞƏM? - FOTOLAR

Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib

EY HƏYAT, SƏN NƏ QƏRİBƏSƏN... - FOTOLAR

Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib

"MÜCİRƏDDİN BEYLƏQANİ" ƏDƏBİ MƏCLİSİNDƏ ŞAİR ARZU TAHİRQIZİ İLƏ GÖRÜŞ - FOTOLAR

Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək

Ceyhun Bayramov MDB XİN Şurasının iclasında iştirak üçün Türkmənistana yola düşüb

Əli Nağıyev: Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb

Tramp: ABŞ-a İran nefti lazım deyil

Tramp Ukraynadakı münaqişənin tezliklə başa çatacağını düşünür

Millətlər Liqasında IV tura yekun vurulub

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

Kəmaləddin Heydərov polkovniki vəzifəsindən azad etdi - FOTO

İspaniya Xorvatiyanı məğlub etdi

Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi

“Düşünürdüm ki, bu mənim üçün ən asanı olacaq” - Tramp

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031