Səməd Vurğun adına Mərkəzi Kitabxanada “Çeşmə” Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış şair-qəzəlxan Lilpar Cəmşidqızı ilə görüş keçirilib.

Şəhid analarının, şəhərimizin ziyalılarının, Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinin, kitabxana əməkdaşlarının və oxucularının iştirakı ilə təşkil olunan tədbirin əvvəlində torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Təranə Hüseynova açaraq Lilpar Cəmşidqızının yaradıcılığından bəhs edib, onun poeziyasının oxucular tərəfindən sevildiyini diqqətə çatdırıb.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan, müəllifin yaradıcılığını əhatə edən videoçarx nümayiş etdirilib. Tədbirin moderatoru, şair Hikmət Fərzəli Lilpar Cəmşidqızının poeziyası, yaradıcılıq xüsusiyyətləri, şeir və qəzəllərinin bədii məziyyətləri haqqında danışıb. O vurğulayıb ki, müəllifin əsərlərində saf məhəbbət, ailə dəyərləri, vətən sevgisi, qəhrəmanlıq və fədakarlıq kimi mövzular geniş yer tutur.
Tədbirdə müəllifin qələm dostlarından AYB-nin Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, ədəbiyyatşünas, şair-yazıçı Rafiq Yusifoğlu, Prezident təqaüdçüsü, şair Ofelya Babayeva, şair Qəşəm Nəcəfzadə, yazıçı Arif Ərşad, yazıçı-publisist Hümbət Həsənoğlu, yazıçı, jurnalist-publisist, rejissor Ağalar İdrisoğlu, şəhid atası Əhməd Əhmədov, şəhid anası Maisə Həsənquliyeva, “Sumqayıt” qəzetinin əməkdaşı İlhamə Məhəmmədqızı, ustad şair Zirəddin Qafarlı, Xaqani Abbasəli, şair-psixiatr İlhamə Müslümova, “Dəlidağ” Ədəbi Birliyinin sədri Namiq Dəlidağlı, şair Sevinc Qərib və başqaları çıxış edərək müəllifin yaradıcılığını yüksək qiymətləndirib, səmimi fikirlərini və ürək sözlərini ifadə ediblər.
Sonda müəllif əruz vəznində qələmə aldığı qəzəllərini öz ifasında səsləndirib, tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına minnətdarlığını bildirib.
Tədbir xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.
İlhamə Məhəmmədqızı




Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930