Cəlilabad rayonunda mədəniyyət və ədəbiyyat həmişə diqqət mərkəzində olub, bu gün isə -- 20.09.2025-ci il tarixdə bu diqqət daha da parlaq bir şəkildə təzahür etdi. Heydər Əliyev Mərkəzində jurnalist və yazar Solmaz Məmmədovanın “Onu gözləyən var” kitabının təqdimatı böyük bir mərasimlə keçirildi. Tədbir Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil olunmuş, ziyalılar, yaradıcı insanlar və mədəniyyət xadimlərinin geniş iştirakını təmin etmişdir.
Mərasim rayonun dəyərli ziyalısı, fəlsəfə elmləri doktoru, yazıçı Bilal Alarlının açılış nitqi ilə başladı. O, Solmaz Məmmədovanın uzun illər “Yeni Gün” qəzetindəki fəaliyyətindən danışaraq, onun jurnalistika və ədəbi yaradıcılıq sahəsindəki zəngin təcrübəsini tədbir iştirakçılarına çatdırdı. İlk öncə Dövlət himni səsləndi, Şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi – bu an həm vətənpərvərliyin, həm də yaradıcılığın bir araya gəldiyi xatirəyə çevrildi.

Tədbirdə çıxış edən Ədəbiyyat və incəsənət portalının baş redaktoru, əməkdar jurnalist, tanınmış yazıçı və mədəniyyət xadimi Varis Yolçuyev, Azərbaycan ədəbiyyatının tanınmış şairi Aqşin Yenisey, Qarabag qazisi Maşallah Əliyev, Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Varid Əsgərov, tanınmış yazıçı Meyxoş Abdullah, şəhər bələdiyyə nümayəndəsi Elçin Hüseynov, fəlsəfə elmləri doktoru İlqar İsmayılzadə və digər ziyalılar Solmaz Məmmədovanın kitabını və yaradıcılığını yüksək qiymətləndirdilər. Onlar müəllifin milli-mənəvi dəyərlərə sadiqliyini, gənc yaradıcı qadınlara göstərdiyi qayğını və “Qönçə yaradıcı qadınlar birliyi”nin əhəmiyyətini vurğuladılar. Solmaz xanımın yaradıcılığı, həm ədəbi, həm də ictimai sahədə göstərdiyi fəaliyyətlə Cəlilabad mədəniyyətinin yüksələn nəbzini simvolizə edir.
Bu uğurlu tədbirin arxasında dayanan əsas dəstəkçi isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur. Rafiq müəllim yalnız rayonun iqtisadi inkişafına deyil, həm də mədəniyyət və ədəbiyyat sahəsinə böyük diqqət yetirir. Onun ziyalılara və yaradıcı insanlara göstərdiyi qayğı, onların yaradıcılıq fəaliyyətini dəstəkləməsi Cəlilabadda mədəni mühitin zənginləşməsinə imkan yaradır. Rafiq Cəlilov, insanlara olan hörməti və qayğısı ilə həm rəhbər, həm də mədəniyyətin dostu kimi hər kəsin hörmətini qazanmışdır. Onun təşəbbüsləri sayəsində Cəlilabad yalnız işgüzar deyil, həm də mədəni cəhətdən inkişaf edən bir mərkəzə çevrilir.
Tədbirin sonunda Solmaz Məmmədova və ailəsi, göstərilən qayğıya görə Rafiq Cəlilova və tədbirin təşkilatçılarına dərin təşəkkürlərini bildirdilər. Bu an həm mədəniyyətin, həm də insanlıq dəyərlərinin bir araya gəldiyi unudulmaz bir xatirə kimi yadda qaldı.
Belə tədbirlər göstərir ki, mədəniyyət və ədəbiyyat yalnız əsərlərlə yaşanmır; onu qoruyan və inkişaf etdirən insanlar vardır. Cəlilabadda bu işin zirvəsində, ziyalıların, yaradıcı şəxslərin və Rafiq Cəlilov kimi qayğıkeş rəhbərlərin əməyilə mədəniyyətin davamlı inkişafı təmin olunur. Solmaz Məmmədovanın yaradıcılığı və Rafiq Cəlilovun dəstəyi birgə göstərir ki, Cəlilabad həm mədəniyyət, həm də ədəbiyyat sahəsində parlaq bir gələcəyə sahibdir. Rayonun mədəni həyatında belə təşəbbüslərin olması, gələcək nəsillərə milli-mənəvi dəyərlərin qorunub saxlanılması və ədəbiyyatın canlı qalması üçün böyük bir zəmin yaradır.
Bir daha biz bu diqqət və qayğı üçün rayon ziyalıları və ədəbi mühit xanımları adından Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, alicənab insan Rafiq Cəlilov müəllimə dərin minnətdarlığımızı bildiririk. Bütün işlərinizdə uğurlar diləyirik!

✍ Sevil Azadqızı,
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq.







Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930